İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb2-12-2021, 07:33
Çap et Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları Cordan Henderson (9-cu dəqiqə), Məhəmməd Salah (19, 64) və Dioqu Jota (79) vurublar, meydan sahibi komandasının heyətində isə 38-ci dəqiqədə Demaray Qrey fərqlənib. Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" 31 xalla turnir cədvəlində üçüncü yerdə, "Everton" isə 15 xalla 14-cü yerdə qərarlaşıb. Növbəti turda "Liverpul" dekabrın 4-də səfərdə "Vulverhempton" ilə, "Everton" isə dekabrın 6-da öz meydanında "Arsenal" ilə qarşılaşacaq. 14-cü turun digər oyunlarında qeydə alınan nəticələr: "Vest Hem" - "Brayton" - 1:1 "Vulverhempton" - "Börnli" - 0:0 "Saunthempton" - "Lester" - 2:2 "Uotford" - "Çelsi" - 1:2 "Aston Villa" - "Mançester Siti" - 1:2 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
