Heqiqet.Az » sosial » Bakı Metropoliteni daha 4 yeni qatar alıb


Bakı Metropoliteni daha 4 yeni qatar alıb

16-02-2022, 07:03
Çap et
Bakı Metropoliteni daha 4 yeni qatar alıb Bakı Metropoliteni daha 4 qatar tərkibi alıb.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib.
"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq", - deyə qurum rəsmisi bildirib.
Reytinq: