“Sputnik-Azərbaycan”ın fəaliyyəti qadağan edilsin” - Vahid Əhmədov26-04-2022, 12:57
Çap et "Bildiyiniz kimi, Azərbaycanda “Sputnik” agentliyi fəaliyyət göstərir və onun rəhbəri Marqo Simonyandır".Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib. Deputat qeyd edib ki, bu kanal, ümumiyyətlə, Azərbaycanda dezinformasiyaların yayılması ilə məşğul olmasına baxmayaraq, hələ də fəaliyyət göstərir: “Üstəlik onun rəhbərliyinə Abzaxiya və cənubi Osteiyada fəaliyyət göstərmiş polkovnik gətirilib. Hesab edirəm ki, bu agentlik Azərbaycanda ümumiyyətlə fəaliyyətini dayandırlmalıdır”. *** Deputat süni qiymət artımına da münasibətini bildirib: "Azərbaycanda süni qiymət artımının qarşısı alınmalıdır". Onun sözlərinə görə, dünyada çox ciddi iqrisadi böhran gedir: "Bu, Azərbaycana da öz təsirini göstərir. Ən ciddi problem Azərbaycanda süni qiymət artımı ilə bağlıdır. Prezident İlham Əliyev bu istiqamətdə göstərişlərini verib. Mən də hesab edirəm ki, Azərbaycanda süni qiymət artımının qarşısını tez zamanda almaq lazımdır". V.Əhmədov deyib ki, bu istiqamətdə müvafiq qurumlar müəyyən işlər görür, amma ən qısa zamanda bu problem kökündən həll olunmalıdır Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Bildiyiniz kimi, Azərbaycanda “Sputnik” agentliyi fəaliyyət göstərir və onun rəhbəri Marqo Simonyandır".