Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımaları ilin sonunadək altı dəfə artacaq7-06-2022, 06:59
Çap et Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyası zamanı deyib. Onun sözlərinə görə, bu ilin sonunadək həmin marşrutla yük daşımalarının altı dəfə artacağı gözlənilir. "Post-pandemiya dövründə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb, birbaşa aviareyslər işə salınıb. Bugünkü missiya ticari-iqtisadi əməkdaşlığın artımına xidmət edəcək", - səfir deyib. Səfir xatırladıb ki, 2022-ci ilin avqustunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. "Bu il Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zaman bir sıra sənədlərin imzalanması nəzərdə tutulub", - deyə o bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
