Ən işgüzar birinci xanım, doğum gününüz mübarək24-08-2022, 11:21
Çap et Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihəsinə qoşulub və Fondunun həyata keçirdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin uğurlarında da əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli münasibətlərin dərinləşməsinə böyük töhfə verir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum günüdür. Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Mehriban xanım Əliyeva 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib. Maddi və qeyri-maddi mədəni irsimizin dirçəlişinə, zənginləşməsinə və qorunub saxlanmasına misilsiz töhfələr verən, ailə dəyərlərimizin qorunması və möhkəmlənməsində, səhiyyə, təhsil və idmanın inkişafında müstəsna xidmətləri olan Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə xeyirxah fəaliyyətində uğurlar arzulayıram! Novruzova Gülşən Fəxrəddin qızı, ADPU, ETM-nin Tətbiqi tədqiqatlar bölməsinin müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Redaksiyadan: Qeyd edək ki, Gülşən xanım Qarabağ Konfransında bölmə rəhbəri kimi fəaliyyətinə və möhtəşəm məruzə etdiyinə görə "ŞUŞA-270" media fəxri mükafatına layiq görülüb. Bu münasibətlə Gülşən xanımı təbrik edirik. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
