"ZƏFƏR-44" uşaq rəsm yaradıcılıq turniri başlayır4-09-2022, 18:59
Çap et 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər 2022-ci il sentyabr ayının 30-dək anketini tamamlayıb Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) yerləşdirməklə “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin iştirakçısı ola bilər Müraciət etmiş uşaqların tədbirdə iştirak günü qeyd olunmaqla siyahısı qrupda yayımlanacaq. Tədbir hər gün ən çoxu 15 uşaq olmaqla mərhələli surətdə davam edəcək. İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşaəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək. Hər uşaq yalnız bir dəfə qoşula bilər. Müsabiqədə həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilər. Sərgilənəcək əsərlər geri qaytarılmır. İştirakçı ən az 72 saat öncə iştirakçı cədvəlindəki gününü dəyişmə haqqına sahibdir. Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçim aparılacaq . İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək. Əsəri sərgilənəcək uşaqların siyahısı və Turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək . Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq . Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 051-310-74-01 whatsapp nömrəsinə müraciət edə bilər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
