Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində6-09-2022, 07:31
Çap et ![]() Musiqi aləmində Mister Melvin kimi tanınan fransalı cazmen Melvin Trevis öz bənzərsiz ifası ilə caz auditoriayasının ürəyini fəth edib. Parisdə “Black Music School”da təhsil alan Melvin Trevis Mişel Hendriks (Michele Hendricks), Derek Martin (Derek Martin), Cin Karpenter (Jean Carpenter) kimi məşhur caz ifaçıları ilə bir səhnədə çıxış edib. O, caz, soul, fank və bluz janrlarına müraciət edərək fərqli bir ifa yaradır. Melvin Trevis eyni zamanda gözəl bəstəkar, yazıçı və vokal müəllimidir. Fransız cazının digər görkəmli nümayəndəsi Mina Aqossi Fransada, Mərakeş və Nigeriyada təhsil aldıqdan sonra, ABŞ və İspaniyada yaşayıb və çalışıb. Bir çox ölkələrin musiqi mədəniyyətini mənimsəyərək yaradıcılığında birləşdirməyi bacarıb və tez bir zamanda caz aləmində şöhrət qazanıb. Onun repertuarında hip-hop, bluz, caz və hətta rok yer alıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|