Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı - Könül Nurullayeva13-09-2022, 06:11
Çap et ![]() Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Azərbaycan şübhəsiz ki, bu əməllərin qarşısını dərhal almalı idi. Çünki bu, bizim suveren hüququmuzdur. Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmişik və bu proses davam edəcək. Döyüş meydanında cəzalandırılan Ermənistan informasiya cəbhəsində də təxribata əl atır. Kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın guya Ermənistanın ərazisinə müdaxilə etməsi barədə dezinformasiyalar yaymaqdadırlar. Bununla daha çox havadar qazanmaq, öz təxribat və cinayət əməllərini ört-basdır etməyə can atır. Azərbaycan isə rəsmi qaydada bəyan edir ki, silahlı qüvvələrimiz Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ona görə də istənilən halda baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
15:19
Təhsilə dövlət qayğısıHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|