» » Ermənilər növbəti dəfə tarixi səhvə yol verdilər


Ermənilər növbəti dəfə tarixi səhvə yol verdilər

19-09-2022, 11:21
Çap et
Ermənilər növbəti dəfə tarixi səhvə yol verdilər Nəsib Məhəməliyev
Milli Məclisin deputatı

Nensi Pelosinin Ermənistandakı davranışları, nədənsə mənə bu yaxınlarda Fransa prezidentliyinə namizəd Valeri Pekresin səfərini xatırlatdı. Nensi xanım kimi, madam Pekres də əlində qərənfil, qəbiristanlıqları gəzir, ,,məzlum,, ermənilərin kədərini bölüşürdü.
Fransada 600 000 erməni yaşayır. Onların, bütün oyunbazlıqlarına baxmayaraq, səfər özünü doğrultmadı. Ermənilərin arzuları puça çıxdı. Valeri xanım, prezident seçilməməsinə rəğmən, daha kədərlənmir.
Nensi xanımın səfəri isə, özünəməxsus sentimentallığı,saxta, ,,genosid,, abidəsinin qarşısında axıtdığı göz yaşları ilə yaddaşlara həkk olundu.
1915- ci ilin hadisələrinə görə tökülən göz yaşları, dekabr ayında keçiriləcək aralıq seçkilərinə hesablanmışdır. Sorğular göstərir ki, demokratların reytinqi arzu olunan səviyyədə deyil. Xanım Pelosinin yenidən rəhbərlikdə təmsil olunması, ağlabatan görünmür və partiyadaşlarının, onun yenidən sədr olmasına münasibətləri mənfidir..
Bu yaxınlarda o, Tayvana etdiyi ziddiyətli səfərlə dünya gündəmini zəbt etmişdi. Deyilənlərə görə, prezident Bayden belə, onun Tayvana səfər etməsinə qarşı etirazını bildirsədə də, səfər baş tutdu. Nəticədə, iki supergücə malik ölkə arasında hərbi qarşıdurma yarandı və Rusiya-Ukrayna müharibəsindən dolayı, məsafəli siyasət aparan Çinin, ABŞ-ı ilə münasibətləri kəskin pisləşdi. Tayvan nəinki heç nə əldə etmədi. Əlavə olaraq, uzun illər Çinlə müharibə şəraitində yaşamağa məhkum oldu.
Belə yerdə, keçmiş prezident Donald Trampın, səsləndirdiyi fikirlərə haqq qazandırmamaq mümkün deyil.
Ermənilər, növbəti dəfə tarixi səhvə yol verdilər. Nensi xanımın səfəri heç nəyi dəyişməyəcəkdir. Əksinə, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, onu bir dövlət olaraq yaradan və xilas edən Rusiyaya yönəlik növbəti xəyanəti, şübhəsiz, cəzasız qalmayacaqdır. İrəvanın küçələrində rus dilində, “əbədi sizinləyik” sözləri yazılmış Putin portretli banerlər sökülərək zibil qutusuna atıldı. Əvəzində eyni sözlər ingilis dilində yazıldı və Rusiya Amerika ilə əvəzləndi. Yəqin ki, dekabr ayından sonra, banerlərin məzmunu yenidən dəyişəcəkdir. Bax, əsil erməni xisləti budur.
44 günlük müharibənin nəticələri, dünya erməniliyinin həyatına zəhər qatmışdır. Millət kütləvi psixozdan ayıla bilmir. İki il ərzində, elə bir gün yoxdur ki, İrəvanın küçələrində kütləvi mitinqlər, piketlər, qarşıdurma olmasın. Ermənilər bir-birini qırır. Siyasətçilər, hərbiçilər məğlubiyyətin səbəbindən başlarını itirib, nə etdiklərini, nə istədiklərini dərk etmirlər. Paşinyan qarışıq başlarını itiriblər. Hamı, hamını günahlandırır. Ona görə də, xoşbəxtliklərini gah Rusiyada, gah Fransada, gah da Amerikada axtarırlar, Uğursuzluqlarının əsas səbəblərini isə, Azərbaycanda və Türkiyədə görürlər. Yəni, sağalmaz türk düşmənçiliyi ermənilərin genetik kodunda oturuşmuşdur.
Ermənilər və himayədarlarının məqsədləri bəllidir. Ancaq, özünü müxalifət hesab edən Əli Kərimlinin, xarici ölkələrdə oturub ermənilərin dəyirmanına su tökənlərin mövqeyi qətiyyən anlaşılan deyil. Son erməni təxribatlarında Azərbaycan Ordusunu Ermənistan sərhədlərini pozmaqda ittiham etmələri, müxalifətçilik yox, öz millətinə, dövlətinə qarşı əsil xəyanətdir. Şəhidlərin ruhuna təhqirdir. Yüz ildən bəri, ələlxüsus, 30 il ərzində erməni-daşnaklarının saysız-hesabsız vəhşiliklərini, qətliamları nə tez unutdular. Bədnam Zori Balayanın kitablarını, qaniçən Serjik və digər cəlladların müsahibələrini təkrar oxumağı məsləhət görürəm. Xalqımızın belə cinayətlərdə iştirakı ilə bağlı bir dənə olsa, fakt varmı? Sadəcə ayıbdır. Sizsiz də Azərbaycanın qələbəsini həzm edə bilməyənlərin sayı həddindən artıqdır. Bizə kiminsə torpağı lazım deyil. Ancaq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, bölgədə heç vaxt sülh, əmin-amanlıq olmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin bütün fəaliyyəti sülh müqaviləsinin imzalanmasına, ölkəmizin sərhədlərinin Ermənistan tərəfindən tanınmasına və gələcəkdə torpaq iddialarından çəkilməsinə yönəlmişdir. 44 günlük müharibədə və ondan sonra böyük dövlətlərin başçıları, dünya gücləri, erməni lobbi təşkilatları, bütün səylərini ölkə Başçımıza qarşı cəmləşdirmişdilər. Böhtanlar, şantajlar, hədə-qorxular İlham Əliyev şəxsiyyətini sındırmağa hesablanmışdı. Şükürlər olsun ki, alınmadı. Allahın qaldırdığını heç kəs yıxa bilməz. İlham Əliyevin 40-a yaxın müsahibəsi qlobal informasiya məkanında, yüz illik erməni təbliğatını darmadağın etdi. Dünya azərbaycanlıları, qardaş Türkiyə və dostlarımız onunla fəxr etdilər. Hətta, ölkəmizə qarşı düşmən qüvvələr belə İlham Əliyev şəxsiyyəti ilə hesablaşmaq məcburiyyətində qaldılar. Azərbaycan dövlətinin beynəlxalq nüfuzu on qat artdı. Bir anlıq müharibədən əvvəlki və indiki vəziyyəti müqayisə edin.
Ulu Öndər Heydər Əliyevdən sonra, onun oğlunun dünyanın ən istənilən ən gözəl ölkəsində özünə rahat,sakit həyat qurmaq imkanl vardı. O isə, böyük məsuliyyətin altına girdi. 200 ildən bəri itirdiklərimizi özümüzə qaytardı. Müasir dünyada heç kimə nəsib olmamış şərəfli tarix yazıldı. Ən əsası isə, millətin sınmış qüruru bərpa olundu. Baxın Ermənistana, dünya erməniliyinə. Azərbaycanı təcavüzkarlıqda ittiham etmək üçün, xəstə təfəkkürə malik olmalısan.
Prezident İlham dəfələrlə beynəlxalq platformalarda, ikili və çoxtərəfli görüşlərdə, ermənilərə sülh çağırışları etməsinə rəğmən, onlar tarixi şəraitdən yaralanmaq istəmir, konfrantasiya yolunu tutmaqda davam edirlər.
Siyasi baxışlar fərqli ola bilər. Söhbət vətəndən, milli məsələlərdən gedirsə, monolit birlik olmalı, düşmənlə eyni sırada durmamalısan. İncikliklər arxa plana keçməlidir.
Reytinq: