Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib19-09-2022, 08:58
Çap et Səhiyyə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib. Teymur Musayev həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəliyin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
