Prezident İlham Əliyev: Torpaqlarımızın Ermənistan tərəfindən işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik2-11-2022, 06:41
Çap et Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. "Biz həmin müddətdə İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstəyini gördük", - deyə dövlətimizin başçısı qeyd edib. Ölkəmizin də bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini bildirən Azərbaycan Prezidenti deyib ki, biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik: "2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilmişdi. Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirilmişdi. Bu oyunlar idman tədbirinə, həmrəylik festivalına və dostluq nümunəsinə çevrilmişdir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
