Orta Dəhliz ideyası ən yaxın zamanda reallaşacaq24-01-2023, 09:00
Çap et ![]() Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibə verərək, hal-hazırki dünyanın reallıqları, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri, həmçinin Çin dövlətinin beynəlxalq iqtisadi əməkdaşlığa verdiyi töhvələrlə bağlı çox mühüm fikirlər səsləndirdi. Çin və müstəqil Azərbaycan arasında əlaqələrin 30 illik tarixi var. Bu müddət ərzində hər iki dövlət tərəfindən münasibətlərin genişləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Dövlətlərimiz beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıq edir. Ölkələrimiz arasında çox möhkəm siyasi platforma qurulmuş, bunun üzərindən iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin formalaşmışdır. Azərbaycan Orta Dəhlizlə bağlı Cin rəhbərliyinin təşəbbüslərini tam dəstəkləyir. Təəssüf ki, bəzi ölkələrin reallıqdan uzaq ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, öz potensialının düzgün hesablanmaması və s. kimi neqativ meyllər bəzən etimadsızlığa, yersiz gərginliyə və müharibələrə də gətirib çıxara bilir. Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı vacib məqamlara münasibət bildirdi. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmizin təşkilata sədrliyi yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılmışdır ki, bu da həm dövlətimizin nüfuzunun artmasından, həm də sədrlik missiyamızın uğurlu davam etməsindən xəbər verir. Azərbaycan öz sədrliyi dönəmində çalışır ki, hərəkat dünya arenasında öz layiqli yerini tutsun. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkar özünü göstərməkdədir. Bu qütbləşmənin yumşaldılması isə məhz beynəlxalq təşkilatların və həmçinin Qoşulmama Hərəkatının üzərinə düşən vəzifədir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən proseslər elə böhranlı vəziyyət yaratmışdı ki, ölkəmizin köməyə ehtiyacı vardı. O zaman respublikamız yoxsul vəziyyətdə idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bilir və elə buna görə də hər zaman dara düşən ölkələrə öz kömək əlini uzadır. Müasir Çin iqtisadiyyatı yalnız bu dövlətin sərhədləri ilə məhdudlaşmır. Qloballaşan dünyada iqtisadi əməkdaşlıqla bağlı Çin dövlətinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz tam əminik ki, Orta Dəhliz ideyası da ən yaxın zamanda reallaşacaq. Bu böyük layihə Çin – Azərbaycan iqtisadi əməkdaşlığına mühüm töhvələr verəcək. Cavid Məmiyev, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:40
Goranboyda çayxana yanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|