Güləşçimiz Jalə Əliyeva Avropa çempionatında ikinci olub22-04-2023, 12:03
Çap et Çempionatda 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə dörddəbir finaldan qoşulub. Güləşçimiz almaniyalı Elena Brüggerə 6:3 hesabı ilə qalib gəlib. J.Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni 2:0 hesabı ilə üstələyərək, debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb və rəqibinə məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionatında qızıl medal əldə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
