28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik - Ərdoğan22-05-2023, 12:00
Çap et Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda millətimizin iradəsi və dəstəyi sayəsində rekord göstərici ilə qalib gələcəyik,
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabında paylaşım edib. "Millətimiz 14 may tarixində 323 millət vəkili ilə parlamentdə çoxluğu Cümhur İttifaqına verərək əslində öz iradəsini nümayiş etdirdi. Prezidentlikdə isə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi", - deyə o əlavə edib. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|