Səkkiz heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb10-08-2023, 17:13
Çap et Agentlikdən verilən məlumata görə, avqustun 9-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Masallı və İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa olunmuş qurğu sökülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilib və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə linkdə tanış olmaq olar. Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
