Metrodan istifadə edənlərin sayı artıb16-08-2023, 15:55
Çap et Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı metropoliteni 114 255 min sərnişin daşıyıb. Xatırladaq ki, 2022-ci ildə Bakı metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
