Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracının həcmi açıqlandı18-08-2023, 20:56
Çap et Türkiyənin 2023-cü ilin yanvar-iyul aylarında Çinə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq, 241,5 milyon dollar olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib. İyul ayında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 72 faiz azalaraq 14,7 milyon dollar olub. Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara bərabər olub. Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır. Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|