Qadın güləşində ilk gün idmançılarımız üçün uğurlu başlayıb24-08-2023, 10:09
Çap et Qadın güləşi üzrə təmsilçilərimiz ilk gündə qələbə qazanıblar. Dörddəbir finalda Sultanova Birgül (65 kq) Rusiya təmsilçisi Alina Rybkinanı son saniyələrdə məğlubiyyətə uğradaraq növbəti mərhələyə keçib - 7:6 Gültəkin Şirinova (53 kq) Rusiya təmsilçisi Daria Xvostovanı qısa müddətdə böyük hesablı qələbə qazanaraq növbəti mərhələyə keçib - 5:0. Bununla da o, yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
