Azərbaycanda çaylarda suyun səviyyəsi artıb28-08-2023, 09:41
Çap et Çaylarda suyun səviyyəsi artıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib. "Xəbər verildiyi kimi, avqust ayının 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb. Ən çox yağıntı Qax, Şəki, Qəbələ rayonlarının ərazisində qeydə alınıb. Eyni zamanda Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz, Lənkəran-Astara bölgəsində yağış yağıb. Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb. Ən çox artım, Göyçay və Türyançay çaylarında olub. İntensiv yağışlar nəticəsində Göyçay rayonun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn sular sel əmələ gətirib", - o deyib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|