Filarmoniyada “Dünya konsertləri turnesi” çərçivəsində Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçirilib13-10-2023, 12:04
Çap et Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano,Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifalarını uğurla dinləyicilərə təqdim ediblər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənib. Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ilin aprel ayından Özbəkistanda start götürüb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medal mükafatçısı Stanislav Yudeniçdir (ABŞ). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
