Aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliklərinin yarışlarına start verilib1-11-2023, 15:08
Çap et Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast iştirak edəcək. İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında iştirak edirlər. Gimnastlar yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edirlər. Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), “Neftçi” İdman Klubu, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 68 idmançı iştirak edir. İdmançılar qadın cütlüklərinin tərkibində (uşaqlar- 2007-2012; balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük), kişi cütlükləri (böyüklər - 2008-ci il və daha böyük), qarışıq cütlüklər (balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük) və qadın qrupları (uşaqlar- 2007-2012; balacalar-2008-2017; yeniyetmələr-2005-2011; gənclər-2004-2010) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar. Yarışlar noyabrın 1-2 noyabr tarixlərində olmaqla 2 gün ərzində keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
