Heqiqet.Az » siyaset » Bu qələbə xalqımızın tarixinə əbədi həkk olundu


Bu qələbə xalqımızın tarixinə əbədi həkk olundu

3-11-2023, 21:52
Çap et
Ali Baş Komandan, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqımızın ölməz oğlu Heydər Əliyevin demokratik hüquqi və dünyavi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. İnsan haqları və azadlıqlarının daha düzgün təmin olunmasını diqqət mərkəzində saxlayır. O, sürətlə dəyişən dünyada qloballaşma və inteqrasiya prosesində, bütün beynəlxalq görüşlərdə apardığı yüksək səviyyəli danışıqlarda, dövlətimizin mənafelərini bütün sahələrdə uğurla müdafiə edilir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində şanlı Azərbaycan ordusu 30 illik işğalına son qoydu. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüşdür. İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.
Beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi İlham Əliyev dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. Azərbaycan xalqı qarşısındaki xidmətləri nəzərə alınaraq İlham Əliyev 2013-cü ildə Azərbaycan Respublikasının Baş naziri, həmin ildə Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yaxşı bilirik. Bu şanlı Zəfər günündə biz eyni zamanda şəhidlərimizin ailələri ilə birlikdə kədərlənirik. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs qələbə qazandıq. Bu qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin,
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.Dövlət başçımızın və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli, həm də mənəvi dəstəkdir. Müharibə bitəndən sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu sahədə yeni tədbirlərin müəyyənləşməsi üzrə işlər davam edir.
Qeyd edim ki, bu məqsədlə müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fərmanlar, sərəncamlar imzalanmış və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qanunlar qəbul edilmişdir. Ölkə başçısının fərman və sərəncamları, tapşı¬rıqları əsasında aktiv və hərtərəfli sosial müdafiə tədbirləri geniş şəkildə həyata keçirilməkdədir. Dövlətimizin başçısı daim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların qayğısına qalacaqdır.
Zəfər bayramı münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edir, vətənimizə yeni-yeni uğurlar arzu edirəm.


Turə Qasımova,
Abşeron rayonu, Ə.Qadaşov adına Perekeşkül tam orta məktəbin direktoru,
"İlin direktoru" media mükafatı laureatı
Reytinq: