Bu gün 1/8 finalın son iki iştirakçısı bəlli olacaq - Çempionlar Liqası13-12-2023, 12:48
Çap et Dörd qrupda keçiriləcək səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olacaq. Həmçinin, mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək. E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq. F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edir. Bunlar Fransanın PSJ, İngiltərənin “Nyukasl” və İtaliyanın “Milan” kollektivləridir. G qrupunda bütün suallara aydınlıq gəlib. H qrupunda isə Portuqaliya “Portu”su ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdirəcək. Çempionlar Liqası Qrup mərhələsi, VI tur 13 dekabr E qrupu 00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya) 00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland) Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1. F qrupu 00:00. “Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5. G qrupu 21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) 21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1. H qrupu 00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya) 00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0. Qeyd edək ki, indiyədək “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter” və “Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala yüksəliblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
