Heqiqet.Az » hadise » Perinatal Mərkəzdə baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilib - DİN


Perinatal Mərkəzdə baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilib - DİN

9-01-2024, 12:38
Çap et
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
Reytinq: