Qalib xalq qalib liderini seçdi15-02-2024, 14:39
Çap et Ölkəmizin tarixində ilk dəfə olaraq qələbə qazanmış bir respublikara Zəfər platformasında seçkilər keçirilirdi. Eyni zamanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində seçkilər təşkil olunmuşdu. Bu gün dünya mətbuatı Azərbaycanın demokratiya yolunda yeni səhifə açmasından, ölkəmizin qalib və lokomativ kimi regionda möhkəmlənən nüfuzundan yazır. Bu dəfəki seçkilər Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyırdı. Ərazi bütövlüyü və suverenliyimizin təmin olunmasından sonra bütün ölkə ərazisində səsvermə prosesinin keçirilməsi hər bir azərbaycanlı üçün fəxr və qürur idi. Azərbaycan xalqı illərdir bu anı gözləyirdi. Azərbaycan liderinə gələn çoxsaylı təbrik mesajları isə Azərbaycan Prezidentinin nüfuzundan, onun qalib lider, nüfuzlu siyasətçi kimi qəbul olunduğunu bir daha təsdiqlədi. İƏT baş katibinin təbrikində isə Azərbaycan Prezidentinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında əlaqələrin güclənməsinə verdiyi töhfələr təqdir olunur. Artıq Azərbaycanda yeni mərhələ başlayır. Prezident İlham Əliyevin də söylədiyi kimi biz əsas missiyamızı yerinə yetirmişik - ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Artıq bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız var. Cənab prezident, Sizi təbrik edir, Bu müqəddəs işdə Ulu Tanrıdan qalib xalqın qalib liderinə - cənab Prezidentə möhkəm can sağlığı, xoşbəxtlik, səadət diləyir, xalqımızın rifahı, vətənimizin çiçəklənməsi yolunda yerinə yetirdiyi işlərində yeni – yeni uğurlar arzulayıram. Soltanpaşa Məlikov, Şamaxı rayon Məlhəm-Əngəxaran-Çuxuryurd Bələdiyyəsinin sədri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
