Əqli Mülkiyyət Agentliyinin əməkdaşı qış məktəbi çərçivəsində təlim keçib14-03-2024, 16:42
Çap et Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev öz çıxışında Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun Azərbaycanda hüquqi maarifləndirmə işi üzrə göstərdiyi xüsusi diqqəti və dəstəyi vurğulayaraq Agentliyin bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti və həyata keçirilən tədbirlər barədə məlumat verib. Təlim və praktiki simulyasiyada Agentliyin əməkdaşı tərəfindən milli məhkəmə icraatı, mülki məhkəmə icraatında uğur əldə etmək üçün diqqət yetiriləsi məqamlar, müvafiq maddi və prossesual hüquq normaları izah edilib, praktiki və nəzəri məsələlər, habelə Agentliyin məhkəmə icraatına cəlb edildiyi işlər üzrə məhkəmə praktikasından irəli gələn zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlim hüquqşünas tələbələrin böyük marağına səbəb olub, onların praktiki sualları cavablandırılıb, həmçinin komandalar formasında müzakirələr, hüquqi problemlərin həlli üzrə diskussiyalar aparılıb. Növbəti mərhələdə iştirakçıların hüquqi yazı tapşırıqları və simulyasiya çərçivəsində hazırladıqları məhkəmə çıxışları da qiymətləndirilib. Bağlanış mərasimində qış məktəbinin iştirakçıları mükafatlandırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
