Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin elementlərini istehsal edəcək13-08-2024, 02:26
Çap et Bu barədə Polşa Radiosu məlumat yayıb. Bildirilib ki, Polşa tərəfi saziş çərçivəsində buraxılış qurğuları üçün avadanlıq, eləcə də sistemlərə elektron dəstək verəcək. Bundan əlavə, Polşa texniki dəstək, bəzi raket komponentlərinin və radar sistemlərinin elementlərinin istehsalına diqqət yetirəcək. Müqavilə çərçivəsində avadanlığın bir hissəsinin Polşada istehsal olunacağı və 2027-29-cu illərdə Polşa ordusunun istifadəsinə veriləcəyi nəzərdə tutulur. “Patriot” sistemləri Polşada hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir”, - məlumatda qeyd edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
