Heqiqet.Az » siyaset » Beynəlxalq arenada davamlı etimad mühitinin yaradılması


Beynəlxalq arenada davamlı etimad mühitinin yaradılması

10-09-2024, 13:09
Çap et
Qlobal sülh üçün ən böyük təminat davamlı etimad mühitinin formalaşdırılmasıdır. Bu prosesdə ən maraqlı tərəf qoşulmama hərəkatına üzv dövlətlərdir. Davamlı etimad mühitinin yaradılmasında əslində bütün sülhpərvər, tərəqqipərvər qüvvələr maraqlı olmalıdır. Davamlı etimad şəraitinə necə nail olmq olar? Proses hardan başlamalıdır?
İlk növbədə bəşəriyyət üçün ən böyük təhlükə barmaqla sayıla biləcək dövlətlərdə olan nüvə silahlarıdır. Hazırda davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində Rusiya üçün qırmızı xətt keçriləcəyi təqdirdə, Rusiya tərəfdən nüvə silahı istifadə olunma etimalı vardır.
Göründüyü kimi nüvə silahına malik olmaq heç də təhlükəsizlik üçün zəmanət demək deyildir. Nüvə silahından hamılıqla imtina olunması vaxtı gəlib çatmışdır. Konsensus əsasında Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkilaçılığı və iştirakı ilə mövcud nüvə silahı ehtiyatlarının demontaj edilməsi davamlı etimad mühitinin yaradılmasının ilk mərhələsidir. Sülhə aparan yolda ən böyük maneələrdən biri hərbi blokların mövcudluğudur. Razılaşma ilə sonrakı mərhələdə bütün hərbi bloklar buraxılmalıdır. Növbəti mərhələ davamlı etimad mühiti şəraitində dövlətlərin hərbi büdcələrinin azaldılması, minimuma endirilməsi ilə xarakterizə olunur. Bu kontekstdə konvensiya sənayesinin inkişafı göz önünə gəlir.
Davamlı etimad mühitinin yaradılması istiqamətində aparılacaq genişmiqyaslı islahatlar çox böyük məbləğdə vəsaitin meydana çıxmasına səbəb olacaq ki, qənaət edilmiş bu vəsait müasir dövrün aktual çağırışlara, ilk növbədə isə iqlim dəyişikliyi ilə mübarizə fonduna kvota ilə köçürülə bilər.
Beynəlxalq arenada davamlı etimad mühitinin yaradılması
Məsum Kamal oğlu Əliyev
Kürdəmir rayonu Karrar Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri.
09 sentyabr 2024-cü il
Reytinq: