Qurban Qurbanov: Hesab oyuna görə olmadı29-11-2024, 12:51
Çap et Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna məğlub olduqları V tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, sonadək öz oyun üslubunda mübarizə apardıqlarını bildirib: "Təəssüf ki, hesab oyuna görə olmadı. Rəqibin futbolçuları ustalıq baxımından bizdən üstün idilər". Mütəxəssis ikinci qolun texniki səhvdən vurulduğunu söyləyib: "Bundan sonra komandada durğunluq yarandı və üçüncü qol qapımızda gördük". Baş məşqçi Avropa Liqasında pley-off şanslarının davam etdiyini vurğulayıb: "Bildiyiniz kimi, artıq yeni formatda mübarizə aparırıq. Rəqiblərimiz ildən-ilə güclənir. Qarşıdakı oyunlarda komandama inanıram". Q. Qurbanov hücumçu Olavio Juninyonun çıxışından razı qaldığını bildirib: "Rəqibin qapısı önündə dörd təhlükəli epizod yaratdı. Yassin Benzianın isə oyunu alınmadı. Buna görə də onu əvəzlədim". Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
