Liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən Prezident22-12-2024, 21:47
Çap et Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. O, xarici siyasət məsələlərində də, ölkədaxili proseslərin bütün ana xətlərində də yüksək səviyyədə profesionaldır. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm başçılıq etdiyi Azərbaycan Respublikasında qazandığı nailiyyətlərə və həm də bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Möhtərəm Prezidentimiz eyni zamanda dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır. Məhz Prezident İlham Əliyevin sayəsində həm ümumiyyətlə beynəlxalq münasibətlərdə və həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən biridir. Və ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və miqyasını əyani şəkildə təsəvvür etməyə imkan yaradır.Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə Azərbaycanı yenidən yaratması ilə nəticələnmişdir. Müstəqilllik dövründə yeni Azərbaycanın yaranmasının möhkəm təməlləri Ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Lakin Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlər üzrə yenidən qurmuşdur. Azərbaycan regionlarının inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün əsl mənasında şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Bu gün istənilən səviyyəli xarici qonaq Azərbaycanın regionlarına səfər etsə, heyrətlənmədiyini bildirməyə bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də artıq özünün bütün möhtəşəmliyi ilə İlham Əliyev erasının paytaxt şəhərinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı surətdə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq asan deyildir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz enerj sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan biridir. Bu gün Azərbaycan qədər öz məhsullarını Avropa bazarlarına rahatlıqla çıxara bilən ikinci bir neft ölkəsi göstərmək çətindir. Bünun əsas səbəbi isə ölkəmizin zəngin neft-qaz sərvəti ilə yanaşı, hətta bir qədər də çox Prezident İlham Əliyevin düşünülmüş müdrik siyasəti ilə üzvi surətdə əlaqədardır. Dövlət başçımızın çox ağıllı siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi və həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmağa uğurla xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir. Beləliklə, iqtisadi sahədə də İlham Əliyev erası baş vermişdir. Dekabrın 24-ü məhtərəm Prezidentimiz İlham Əliyevin doğum günüdür. Dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram. ![]() Əliyev Məsum Kamal oğlu, Kürdəmir rayon Karrar kənd Ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. O, xarici siyasət məsələlərində də, ölkədaxili proseslərin bütün ana xətlərində də yüksək səviyyədə profesionaldır. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm başçılıq etdiyi Azərbaycan Respublikasında qazandığı nailiyyətlərə və həm də bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Möhtərəm Prezidentimiz eyni zamanda dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır. Məhz Prezident İlham Əliyevin sayəsində həm ümumiyyətlə beynəlxalq münasibətlərdə və həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən biridir. Və ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və miqyasını əyani şəkildə təsəvvür etməyə imkan yaradır.