Heqiqet.Az » sosial » BMTBETİ-DƏ YENİ KİTABIN TƏQDİMATI KEÇİRİLİB


BMTBETİ-DƏ YENİ KİTABIN TƏQDİMATI KEÇİRİLİB

4-06-2025, 00:01
Çap et
BMTBETİ-DƏ YENİ KİTABIN TƏQDİMATI KEÇİRİLİB Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitablarının təqdimatı keçirilib.

İnstitutun direktoru İbrahim Cəfərov kitabın əhəmiyyətindən söz açaraq kollektivi kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edib.

Direktor bildirib ki, dənli-taxıl və texniki bitkilərin zərərvericiləri və onlara qarşı müxtəlif mübarizə tədbirlərini özündə təcəssüm etdirən bu kitab ayrı-ayrı zərərvericilər, onların yayılması, zərəri, zərərvericilərin mövqeyi, biologiyası ekoloji amillərin onlara təsirindən bəhs edir. Bu gün kənd təsərrüfatı bitkisinə zərər vuran zərərverici həşaratların idarə edilməsi zamanın çağrışıdır. İbrahim Cəfərov bu vəsaitin dənli-taxıl və texniki bitkilərin becərilməsi ilə məşğul olan iş adamları, aqronomlar, mütəxəssislər, fermerlər, eyni zamanda aqronomluq istiqamətində təhsil alan tələbələr üçün faydalı olacağını vurğulayıb.

Çıxış edənlər yeni kitabın ərsəyə gəlməsi münasibətilə müəllifləri, eləcə də əməyi keçən hər kəsi təbrik ediblər.





Reytinq: