Bugünkü uğurlarımız milli qurtuluş ideologiyasının təntənəsidir13-06-2025, 16:30
Çap et ![]() Ümummilli Lider Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycanda ilk nillər vəziyyət sond dərəcə gərgin olub. Həmin vaxt hakimiyyəti ələ keçiriənlərin dövlət idarəçiliyindəki naşılığı və təcrübəsizliyi ölkəni addım-addım fəlakətə yaxınlaşdırırdı. Xalqın qanı bahasına əldə edilmiş müstəqilliyimiz qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı getdikcə dərinləşirdi.Ölkəyə rəhbəırlik edənlər arasında yaranmış qarşıdurma, qeyri-qanuni silahlı birləşmələrin xalqı xof içərisində saxlaması, baş alıb gedən anarxiya, xaos, müstəqilliyimizi məhv olmaq dərəcəsinə çatdırmışdı. Ziyalılar, tanınmış ictimai-siyasi xadimlər xarici ölkələrə üztutmuşdular. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Müdrik şəxsiyyətin siyasi kursunu bütün sahələr üzrə uğurla davam ertdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində Ulu öndər Heydər Əliyevin arzuları reallaşdı. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, Möhtərəm Prezidentimiz İlham Əliyev qürurla deyib: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri, ziyalılar, elm və mədəniyyət xadimləri, tanınmış politoloqlar əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Onun dövlət idarəçiyilində zəngin təcrübəsi və beynəlxalq aləmdə yüksək nüfuzu var. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız yalnız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini, müstəqil Azərbaycanın dünyaya ionteqrasiyasını həll etmək niyyətində idi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və respublikamızı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993- cü il İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşunu, Azərbaycan xilas yolu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bu gün Azərbaycan dünyada müstəqil qalib dövlət kimi tanınır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, polad iradəsi və cəsarəti sayəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu uğurlarımız milli qurtuluş ideologiyasının təntənəsidir. Heydər Əliyevin əsaını qoyduğu siyasi kurs müstəqil respublikamızın davamlı inkişafında özünü bütün sahələrdə büruzə verir. Hazırda Azərbaycanın dünya birliyində nüfuzu getdikcə artır. ![]() Turə Qasımova, Abşeron rayonu, Ə.Qadaşov adına Perekeşkül tam orta məktəbin direktoru, "İlin direktoru" media mükafatı laureatı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
12:04
Ramiz Duyğun VƏFAT ETDİHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|