ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib19-06-2025, 12:01
Çap et Görüşdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təşəbbüslərin, o cümlədən “TəhsilPlus” kartı layihəsinin müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Prorektor bildirib ki, bu kimi layihələr ölkə rəhbərliyinin təhsil işçilərinə olan qayğısının bariz nümunəsidir və ADPU belə təşəbbüslərə hər zaman dəstək göstərir. Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova Fond tərəfindən həyata keçirilən sosial-iqtisadi təşəbbüslər haqqında ətraflı məlumat verib. O, tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartının uğurlu nəticələrindən söz açaraq, təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartının da geniş spektrli üstünlüklər təqdim edəcəyini söyləyib. X. Daşdəmirova bildirib ki, belə görüşlər layihələrin daha da təkmilləşdirilməsi və hədəf auditoriyanın ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır. Görüşün sonunda fikir mübadiləsi aparılıb, kartın istifadəsi, funksionallığı və perspektivləri barədə suallar cavablandırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
