Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər9-09-2025, 11:42
Çap et Körpələr üçün nəzərdə tutulan və həyatın ilk günlərindən istifadəyə yararlı olduğu iddia edilən “Minlen Puremazing Baby Face Cream” (“Minlen Uşaq Üz Kremi - Saf Heyrət”) isveçli mütəxəssislərin tənqidinə səbəb olub. Höteborq Universitetinin klinik bakteriologiya üzrə professor Agnes Vold xəbərdarlıq edir ki, vasitə təhlükəli ola bilər, çünki tərkibində badam və küncüt yağı, arı mumu və ciddi allergiyaya səbəb ola biləcək digər maddələr var. Onun sözlərinə görə, həkim təyin etmədiyi halda körpələrə kosmetik kremlər ümumiyyətlə lazım deyil. “Krem 100 faiz təbii kimi reklam olunur. Amma bu, əksinə, riski artırır”, - deyə Agnes Vold vurğulayır. “Weleda” məhsulları da İsveç alimlərinin “şarlatanlıq” adlandırdıqları antroposofiya ilə əlaqəsinə görə tənqid atəşinə tutulub. Şahzadə Madlen müsahibəsində mübahisələri gözlədiyini etiraf edib. “Mən buna hazır idim. Amma yenə də tənqidin nə qədər olduğu və bunun nə dərəcədə şəxsən mənə yönəldiyi məni şoka salmışdı”, - deyə o bildirib. Həmin müsahibədə onun həyat yoldaşı Kris O'Nil qeyd edib ki, “Weleda”nın tərəfdaş kimi seçilməsi yalnız ciddi keyfiyyətə nəzarət ilə müəyyən edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
