Məktəblilərə süd məhsullarının faydaları barədə məlumat verilib17-11-2025, 12:13
Çap et Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərdə düzgün qida vərdişlərinin formalaşdırılmasıdır. Tədbirlərdə hər iki məktəbdən ümumilikdə 800-dən çox şagird iştirak edib. Onlara qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” mövzusunda təqdimatlar keçirilib. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Hər il layihə çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərlə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında müxtəlif görüşlər keçirilir. AQTA tərəfindən bu istiqamətdə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
