Qazaxıstan polisi bütün regionlarda dronlar tətbiq edir19-11-2025, 10:36
Çap et Bu istiqamətdə əsas alətlərdən biri bütün regionlarda fəal istifadəyə cəlb olunan pilotsuz uçuş aparatlarıdır. PUA-lar yollarda təhlükəsizliyin təmin edilməsində yüksək effektiv vasitə kimi özünü doğruldub. Müasir kameralarla təchiz edilmiş bu qurğular real vaxt rejimində yol hərəkəti qaydalarının pozulmalarını qeydə almağa, magistral yollarda mürəkkəb sahələri nəzarətdə saxlamağa və məlumatları operativ şəkildə polis postlarına ötürməyə imkan verir. Uçuş məsafəsinin 20 kilometrə qədər olması yüklənmiş avtomagistrallar və çətin əlçatan ərazilər də daxil olmaqla, tam funksional hava patrulunun həyata keçirilməsinə şərait yaradır. Dronların köməyi ilə artıq 6 mindən çox yol hərəkəti qaydası pozuntusu aşkarlanıb. Hava nəzarətinin daimi olması qəza risklərinin azalmasına və potensial təhlükəli situasiyalara vaxtında reaksiya verilməsinə imkan yaradır. Konsertlər, idman oyunları və bayram tədbirləri zamanı dronlar nəzarətin əvəzolunmaz elementi kimi çıxış edir. Yüksəkkeyfiyyətli kameralar insanların sıx toplaşdığı məkanları izləyir, şübhəli hərəkətləri vaxtında müəyyənləşdirməyə və patrul qruplarını potensial risk zonalarına operativ şəkildə yönləndirməyə şərait yaradır. PUA-lar həmçinin hadisə yerlərinin müayinəsi, itmiş şəxslərin axtarışı, cinayət izlərinin sənədləşdirilməsi və kriminogen vəziyyətin monitorinqi zamanı da geniş tətbiq olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
