Heqiqet.Az » dunya » Ərdoğanın unitazı ilə bağlı MARAQLI FAKTLAR


Ərdoğanın unitazı ilə bağlı MARAQLI FAKTLAR

2-06-2015, 14:05
Çap et
Ərdoğanın unitazı ilə bağlı MARAQLI FAKTLAR Türkiyə paytaxtında yeni inşa olunmuş prezident sarayındakı unitaz qalmaqalı səngimək bilmir. Heqiqet.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, söz-söhbətə və siyasi müzakirələrə səbəb olmuş santexnika qurğusu ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Bu günlərdə Türkiyə prezidenti müsahibəsində həmin unitazın qızıldan olmadığını açıqlamışdı. Bununla belə məlum olub ki, bu unitaz digərlərindən xeyli fərqlənir. Belə ki, bir türk firmasının istehsalı olan unitaz dünyanın ən prestijli istehsal mükafatlarından biri olan ‘Reddot Design’ə layiq görülüb.
Unitazın əsas üstün cəhəti isə insan bədəninin çöməlmə formasına maksimum uyğun olmasıdır. Məhz bu formalı unitaza oturanda insan bağırsaqları çox asan formada boşala bilir. Beləliklə, bir çox xəstəliklərə yoluxmaq riski də minimuma enir.
Unitazın dizaynı mikrob saxlama ehtimalını da azaldır. Bu qurğunun qiyməti isə standart materialla hazırlandığı halda 2 min lirədən başlayır. Əgər unitazın hazırlanmasında müxtəlif metallar, eləcə də xrom, qızıl və ya digər qiymətli detallar əlavə olunarsa, qiymət daha baha ola bilər.
Reytinq: