"Britni "hə" desə, arvadımı boşayıb, onu alaram"5-06-2015, 20:26
Çap et Müğənni Elariz Məmmədoğlu heyranı olduğu xanımdan danışıb.Sənətçi dünyaca məşhur ifaçı Britni Spirsə heyranlığını gizlətməyib. Hətta dünya şöhrətli ifaçıya görə həyat yoldaşını boşamağa da razı olan Elarizin dediklərini öz dilindən eşidin: “Mən Britni Spirsin xarici görkəmini çox sevirəm. O, mənim idealımdı. Britney mənim həyat tərzimə, dünya görüşümə çox uyğun xanımdı. Əgər Britni mənə “hə” desə, arvadımı boşayıb, onu alaram. Düşünürəm, buna həyat yoldaşım da razı olar. “Həyat yoldaşınız eşitsə, sizi bu gecə evə buraxmayacaq”- desək də, Elariz Məmmədoğlu sığortalandığını boynuna aldı: “Həyat yoldaşım evdə deyil ki... Onu yollamışam İstanbuldakı evimə, özü də oğlumla birgə. Hələ bir ay orada qalıb, dincələcəklər. Mən isə burada işləyirəm, onlar üçün pul qazanıram, tər tökürəm, külüng vururam. Ancaq idealım Britnidi. Cennifer Lopez də pis deyil. Amma Cennifer kimi xanımlar həyatımda çox olub. Britni isə bir az uzaqdı mənə... İstəsəm, o da uzaq deyil, amma ona gərək yaxşı baxasan. Özünə layiq hədiyyələr alasan. Hələ ki, o üslubda yaxınlığımda qadın görməmişəm”. Atv.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Müğənni Elariz Məmmədoğlu heyranı olduğu xanımdan danışıb.