25 yaşlı gəncin qətli yenidən araşdırılır - Ekspertiza təyin edildi31-01-2017, 10:52
Çap et Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Hakimlər kollegiyasının qərarına əsasən cinayət işi üşrə ekspertiza təyin edilib. Qeyd edək ki, qətl 2014-cü il noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbəsinin sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Sətdərov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Sətdərov və X.Şirinovun hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
