Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb10-02-2017, 10:13
Çap et İcbari Sığorta Bürosundan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,6 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma müşahidə edilib. Yanvarda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 557, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb. Qeyd edək ki, hal-hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti fəaliyyət göstərir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
