Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (2)16-06-2017, 15:38
Çap et Əvvəli: http://heqiqet.az/index.php?newsid=9334Yüyürən düşüncələr Ümid namərddir Düşüncələrim bəzən cilovsuz ata bənzəyir. Bilirsinizmi, düşüncələrim məni haralara aparır? Keçmişəuşaqlıq çağlarıma. Bəzən də xəyal atım məni düşüncələrimin tərkində gələcəyə aparır. Ümidlə yaşamağa. Ümid də ki... Ey ümid gəzən bədbəxtlər, özünüzü aldatmayın boş ümidlə. Mən ümidi bir ömür boyu axtardım, tapmadım. Yoxdur, qaçıb! Ya da, mən gedim Çıxın gedin. Ya da, mən çıxım gedim, ayağımın aparacağı yerə. Tənhalığı necə də sevirəm. Sükunətin səsinə qulaq asmaq və bir də Allaha yaxın olmaq istəyirəm. Hər zaman suya susadığım kimi Allahıma susayıram. Allah eşqinə Allahım, hər gün içimdə bir qərib ağlayır. O, qərib içimdəcə yetimləşib. O qədər ağlağandır ki, içimdəki bütün fikirlərimi yuyub aparır göz yaşlarıyla bu qərib. Yığılmayın başıma. Çıxın gedin, gedin Allah eşqinə. İçimdəki qəriblə tək yaşamaq istəyirəm. Gedin, gedin Allah eşqinə. Anlamıram Cırıldayan qapı... Gəldin?! Yox, o ayaqlar səni mənə gətirməyib. Sən başqa mətləb üçün bu qapını açmısan. Məni görəndən sonra alışdırdığın bu siqaret? Hirsləndin? Səni anlamıram. Anla Ah...h...Gözlərim gözlərinə sancılanda susqunlaşdın. Yenə küsdünmü həyatdan. Mən günahkar deyiləm! Anla, nə olar anla. Sənsiz bu dünya mənə əzabdı. Qaldı Səndən qaçdım. Amma yanından gedən ayaqlarım idi, ürəyim yanında qaldı. Düşünürsənmi? Babadağın qarına dönmüsən. Məndən soyudun. Heç məni düşünürsənmi? Bilirsənmi, nələr çəkdiyimi? Haradan biləsən axı?! Məni dərdimlə baş-başa buraxdın. Dərdimi dəmə qoydum, canım. Qaşıq-qaşıq içirəm. İçirəm şərbət kimi. Şərqin səması Hamı yatıb, yuxunuz şirin olsun! Gecənin bu vədəsində yəqin yuxu çox şirindir?! Amma mən yata bilmədim. Gözlərimdən yuxu harasa qaçdı. Yerini tapa bilmədim. Odur ki, səhəri dipdiri gözlə açdım. Pəncərəmdən alatoranlığa baxıram. Şərqin səmasından boylanan qan rəngli səhərin alatoranlığı içərisində yeni bir həyat başlayır. Hansı ümid Ümid? Hansı ümid dostlar? Mənim daha heç nəyə ümidim qalmadı. Cəmil Zəbullaoğlu "Gözlə, ümid gələcək", deyir. Amma inanmıram. İllərdi gözləyirəm, gəlmədi. Məni gözlədə-gözlədə durdu. Məni illərlə ağlatdı. Namərddi ümid! Ümid elə ümiddi də- adından bəllidir. Ümid sözündə reallıq görürsünüzmü? Mən görmədim, vallah. Eh, Cəmil müəllimdir də. Bəs siz nə deyirsiz dostlar?! Şeytan Deyirlər, hərənin içində bir şeytan gizlənib. O şeytan ki, xoş arzuları, amalları, düz sandığımız əqidəmizi bizdən oğurlayır. O şeytan ki, bizi düz yolumuzdan daima azdırmağa can atır. O şeytan ki... Təəssüf ki, bəzən bizi şeytan çağırır. Allah o gündən saxlasın! İnsanlıq Həsrətin qəlbini sökə-sökə, paxılın gözünü tökətökə yaşamaq gərəkdir. Yaşa Allahın sənə verdiyi ömürü insanlığınla. Esse Sənə gözümdolusu baxa bilmədim. Göz yaşlarım tor olub bağladı gözlərimi. Kaş həqiqəti sənə anlada bilsəydim. Kaş məni anlasaydın. Bilirəm ki, mənə inanmırsan. Rabitəsiz danışıqlarım, çaşqınlığım şübhələrini bir daha artırdı. Səni əsla aldatmadım! Əzizim Adam sevdiyini heç kimin ayağına vermir, axı, əzizim. Faydasız Sevdiyim üçün səni ağrı-acımla yükləmək istəmədim. Ah, belə olacağını bilsəydim danışardım hər şeyi. Həyatımda baş verən hadisələri, olub-bitəni kaş səninlə bölüşəydim. Bəlkə də o zaman hadisələr baş verməzdi. Lakin gec də olsa hər bir şeyi olduğu kimi danışdım. İnanmadın. Qəlbimi üzən qüssəni hardan biləsən axı?! Nələr çəkdiyimi hardan görəsən axı?! Ölmək istəyirəm Hər gün yüz dəfə ölüb-dirilirəm. Yüz dəfə qəlbimin nalələrinə qulaq asıram. Hər an qəlbimin dayanmaq təhlükəsini yaşayıram. Birdəfəlik ölmək üçün Allahın iznini gözləyirəm, ölmək istəyirəm! Günahsız Səndən doymadım. Nə də həqiqəti sənə anlada bilmədim. İnanmadın. Səni elə belə də tanımışdım. Bilirdim məni ağışlamayacaqsan, günahsız olduğum halda belə. Amma günahsızlar bağışlanar, əzizim. Hanı sənin Allahın Hər şey Allaha əyandı. Hanı sənin Allahın? Heç zaman sənə sarıla bilmədim, istəyimi açıq-aşkar deməyi bacarmadım. Xoş sözlərimi daxilimdə boğdum. Amma gözlərim səni oxşadı, dilim ağzımda qovruldu - səni sevirəm, söyləmək üçün. Qəlbim sənin üçün titrədi, əllərim sənin üçün yarpaq kimi əsdi. Sənə qurbanam, dedim, ürəyimdə. Dedim…çox şey dedim, ürəyimdə. Dedim ki, Allahına qurban olaram. Bəs sən neylədin? Məni atıb, getdin! Bəs sənin Allahın hanı? Nifrət Nə qarşına çıxmaz, nə də səni narahat etmərəm, daha. Özümü ovuda bilmirəm sənsiz. Sonuncu dəfə səni görəndə mənə elə nifrətlə baxdın ki... buna layiq deyiləm. Özümdə güc tapa bilmədim ki, sənə sarılam. Həsrətli qaldım dodaqlarına, əllərinə. İntizar ayrıldım səndən. Lənət olsun baisə. Həyatın epiloqu Hardasan Fira? Bəs sən Gulya? Baş qoyub ağlamaq üçün dizinizə ehtiyacım var. Məni yalqızlığa məhkum edib, ayrılıb getdiniz. İlahi, dərdlə qucaqlaşmaq demə, Əzraillə öpüşmək kimi imiş. İki ildə neçə ölü basdırdım. Bu boyda ağrınınacının içində çabaladım. Lakin can üstündə olan sevgimi basdıra bilmədim. Can verib …qurtarmırdı ki, qurtarmırdı. Sonunda təəssüf ki, sevgim də öldü. Yandı cismim, alışdı ruhum. Hər gün ağladım. Sevgimin acısını ölən doğmaların acısına qoşdum və hər üçünə yas tutdum. Əzizlərimin qəbrini qəbirstanlıqda ziyarət edə bilirəm. Bəs ölən sevdamı harada ziyarət edəcəyəm?! …nə olar qayıt! Yaşamaq gözəldir, amma sənli dünyada. Mənim dünyamda sən yoxsan, əzizim. Yaşamağımın da mənası yoxdur. Qəribəm, yetiməm, kimsəsizəm sənsiz. Qayıt! Nə olar qayıt! Bağımda çiçəklər sənsiz, evim sükut-sükunət sənsiz. Çırpınan xəyal Dörd divar arasında xatirələrin, xəyalların çırpınır. Əllərinin izləri qapımda, divarımda, çarpayımda ağlayır. Baxışların aynaya hopub, mənə yad kimi görsənir xəyallarımda. Gülüşlərin çilik-çilik olaraq evimin kandarına səpələnib. Sənsiz otağımda xəyalların var! Düşüncələrim ağlayır sənsiz. Hardasan? Xəyalların mənə bəs etmir. Mənə xəyalların əzab verir. Yox, yox, şikayət etmirəm. Sadəcə səni arzulayıram. Gözlərim hər yerdə arayır, axtarır səni. Sənli dünyamı haraylayıram. Hardasan? Düşündürən düşüncələr Süzül, gəl Evimin pərdələri pəncərədən yollara boylanmaq üçün asılıb, sanki. Gəlişini görmək üçün pəncərəmdəki zərif tülləri qucaqlayıb gözlərimi sonsuzluğa dikmişəm. Bu sonsuzluq içərisindən bulud kimi süzül gəl, gəl, əzizim, gəl! Güc ver İlahi, sənə əyandı. Əzablarımı görürsən. Mənə güc, taqət ver, gedim salam verim küsən sevdama. Bu salam görəsən, həyatımı dəyişərmi? Hə, əzizim gəlirəm, gəlirəm sevgimin bağlanan qapısını açmağa. Görəsən Deyirəm, görəsən, sənə salam versəm, dünya məhvərindən qopub tökülərmi? Dünya məhvərindən qopsun, silkələsin, istərsə də bu dünya dağılsın…yenə salam verəcəyəm! Atılmış Elə qorxurdum ki… atılmaqdan. Bilirdim ki, bu, nə vaxtsa baş verəcək. Baş verdi də. Məni tərk etdin, öz də bayram günündə. Məni məndən alıb getdin. İlahi, çəkim ağır olmasa da, qəm yüküm necə də ağırdır. Köhnə, qara kostyumumu əynimə geyinib "28 may" stansiyasından dəniz sahilinə enirəm. Qaranlığı biçə-biçə dənizə yaxınlaşıram. Özümü sulara qərq etmək istəyirəm. Hansısa bir qüvvə məni saxlayır: - Amandı, dayan! - deyir. Ruhum uçunur, beynim düşünür; -Səni istəyirəm, səni, əzizim, qayıt. Bu bayram günü məni peşiman etmə, qayıt! Gözüyaşlı cavan şam ağacının altına çökürəm. Elə bu an kim isə zəng çalır. Bəlkə odur?! -Yox, deyilmiş. Gecdir. Artıq getməliyəm. Çıxım gedim kimsəsiz mənzilimə. Get, ah zavallı, atılmış canım. Get kimsəsiz evinə. Qorxurdum Kədərimi necə sahilə aparmışdımsa, eləcə də evimə qaytardım. Tək qayıtdım, tək. Sənsizəm, tənha. Ah, zavallı canım! Elə qorxurdum ki, atılmaqdan. Yeni il Üzümüzə gələn təzə ilimiz At üstündə təhvil olacaq. Sizi bilmirəm ötən dörd ili həyatımdan zorla qovub çıxarmışam. Amma nə fayda ürəyimə iz salıb getdi. Yenə deyəsən, yapışacağam bu ümidin yaxasından. At ili gəlir axı. Muraddır da! Baxaq görək yel qanadlı at həyatımıza nələri gətirəcək gəlişi ilə?! İnşallah, hər halda pis olmaz. Qeyd etdiyim kimi at ilidir, amma atın rəngini bilmirəm. Ağ at olsa sevinərəm. Xoş gəldin, təzə il Yeni ili qəbul etdik. Baharı da qarşılayarıq inşallah. Beləliklə, fəsilləri yola salırıq. Demək ki, yaşayırıq. Allah-Təala hər birinizə xoş günlər nəsib etsin, inşallah! Səması aydın və sakit bir səhər açılır Bakıda. Yeni ilimizə bir neçə gün qaldı. 2014-cü il bizə nə vəd edir görəsən? Susdum Və yaxud donmuş və susdurulmuş zaman Səması aydın və sakit açılan 2014-cü ilin səhəri mənim üçün sakit gəlmədi. Heç bir ümid də vəd etmədi. Həyatın fırtınalarına, burulğanlarına düşdüm. Qarşıma çıxan maneələr məni əzab və sükuta bələdi. Ətrafımda zülmət və qaranlıqlar dolaşdı. Gündüzlərim gecələrimdən fərqlənmədi. 2014-cü il! - həyatımın ən ağır ili. Sükut və sükunət bu ildə varlığıma hakim kəsildi. Əslində 2014-cü ilin soyuq və qara yelləri 2013-cü ildən əsməyə başlamışdı. Həyatımda əsən gilavar, sarsar küləyinə çevrildi. Məni məndən qoparıb apardı. Sovurdu məni küləkdə sovrulan dən kimi, ayırdı özümü özümdən. Susdum. Bu il ən yaxın doğmalarımı itirdim. Lakin səsim çıxmadı. Daxilimdə isə fəryad və hayqırıqlarım içimin divarlarını silkələyirdi. Təslim oldum həyatın iztirablarına. Susdum. İş həyatımda bir sıra sıxıntılarım oldu. Susdum. Dostlar və tanışlar niyə “facebook”da yoxsan deyəndə, susdum. Yaxınlar və doğmalar niyə görünmürsən deyəndə, cavab verə bilmədim. Canlı ölü idim, sanki. Allaha sığındım və özümə tapındım. Var ola-ola yoxa çıxdım. Və nəhayət ki, 2015-ci ilə çıxdım. Və bir sıra sıxıntılardan da çıxdım. Şükür Allaha deyə-deyə 2014-cü ilin qara əllərini sinəmdən güc-bəla ilə qopartdım. Bəli, dostlar, 2014-cü ildən bir kəlmə də qələmə almadan, sizə ağrılı –acılı iztirablarımdan bəhs etmədən və yaşanan hadisələrlə sizi tanış etmədən keçid alacağıq 2015-ci ilə. Tarix: Sanki donmuş və susdurulmuş, mənə əzab və süküət gətirən 2014-cü il. Özündən özünə məktub Və yaxud cavabsız suallar Salam, qadın. Bu, sənsənmi, səhifələrdə həyat lövhələri qeyd olunan, sətirlər arasında çırpınan, özünü axtaran? Yox, bu, sən deyilsən! Əgər sən olsaydın... Hə, qadın, demək, olar ki, bu sənsən! Fərziyyələrini həqiqətlərinə qovuşduran sən, yaşantılarının yüzdə birini qələmə almayan, susan sən, çətinliyə düşən və ağlamayan, yox, yox ağlayan sən. Özünü əzaba məhkum edən, xəyallarını qoruyan sən. Bu sənlər içərisində bir mənlik iddian varmı, qadın? Haradan gəlib, haraya getdiyini deyə bilirsənmi? Sən yəqin ki, Tanrı yolçususan, olumdan ölümə qənşər gedirsən. Vardan yoxa çıxan, yoxdan isə vara can atan varlıqsan, ey qadın, deyilmi? Ziyarətçisən, yolçusan və qədərinə bağlısan. Qadın, məlum ki, dünya yolçususan! Bu dünyanı ziyarət etməyə gəlmisən?! Adı adam olan kəs, ziyarətin qəbul olsa cənnətməkan olacaqsan, bilirmisən? -Bəs bu dünyanın dərdi sənəmi qaldı ki, qələmə aldığın həyat hekayələrində kədərə baş vurur, qəm dağına çıxırsan? Bəs sənin qədərində sevinc payın yoxmu, qadın? Bu sualların cavabı bəlkə də ardıcıllıqla yazdığın sətirlər arasındadır. Buyur, oxucu, bir həyat yaşantıları, iztirabları, sevinc və fərəhi səni maraqlandırırsa oxumağa davam et. Bəs sən, ey qadın, yaşamağa və yazmağa davam edəcəksənmi? Sonsuz düşüncələr Duyğu Çiçəkli bağçamın ortasında qərar tutan çarhovuzdakı suya ayaqlarımı sallamaq keçdi könlümdən. Ayaqlarımı suya sallamaq üçün çarhovuzun kənarındakı dalğavari daşın arasında əyləşdim. Və o andaca özümü dəvə üstündə oturmuş kimi hiss etdim. Yerimi rahatladım, kürəyimi çarhovuzun dirəyinə söykədim. Bu dəfə də kəcavədə hiss etdim özümü. Çiçəkli bağçam sultan bağını, cəhcəh vuran quşlar cənnət quşlarını xatırladır mənə. ...Nə qəribə duyğular yaşayıram... Ey, Ulu Şirvanlı, qalx, get, işinin arxasınca. Bir az da burada qalsan özünü şahzadə kimi hiss edəcəksən. Qoca Həyat qəribədir, Qoca. Elə sən də qəribəsən! Bu nədir, üst-başın niyə toz-torpaq içərisindədir? Yəqin yenə evə getməmisən?! İlahi, sənə nə qədər demək olar ki, küçədə yatıb qalma. Yenə harada gecələmisən, Qoca? Ah, Qoca, Qoca...sənin düşüncələrinlə həyat tərzin təzadlıdır axı. Heç nə anlamıram, Qoca. Niyə səfillərə qoşulursan axı?! Susursan. Əllərin niyə titrəyir bəs? Xəstələnmisən nədi?! Yenə kəsdirib durmusan küçənin tinində bu halınla. Sözümə qulaq as, çıx get evinə, get Allah eşqinə! Cavabsız sual ...düşüncələr onu yordu. Amma beynini döyəcləyən, çırpınan suallarına cavab tapa bilmədi. ...kimdir bu, Qoca? - davranışından və söhbətlərindən əsilzadəyə oxşayır. Həyat bilgisidir, sanki. Qadın düşünürdü...Və birdən kimsəsiz otağında sanki Qoca yanındaymış kimi hündür səslə; - Sən kimsən, Qoca? - soruşdu. Cavab gəlmədi. Yalqız yaşayan qadına düşüncələrimi cavab verəcəkdi? Dilənçi 20 yanvar metro stansiyasının qarşısında hündürboylu, simasında heç bir ifadə daşımayan 30-35 yaş arasında olan kişi oturduğu səkidən narazılıqla qalxdı və kimdənsə qaçırmış kimi yola düzəldi. Etinasız baxdıqdan sonra Şamaxinka adlanan məkana tərəf üz tutdu. Mənə elə gəldi ki, adamda uzağa getmək istəyi yoxdur. Dəqiq ifadə etsək, zaman öldürənə oxşayırdı. Üst-başı tamamilə çirk içərisində olan adamın arxasınca addımladım. Və birdən o, qarşıda oturan, sol qıçı olmayan adama əlini uzadaraq; - Bəs bunu buradan niyə qovmursan?-deyərək, arxadan gələn, görmədiyim polisə müraciət etdi. Səki kənarında arxayın oturan, üz-gözündən yazıqlıq tökülən çolaq kişi ona sarı gələn polisi görən kimi ayağa qalxmağa tələsdi. Qıçı tək olduğundan çətinliklə qalxdı. Dördayaqlı dəmir çəliyinə söykənərək uzaqlaşdı. Lakin çox getmədi, çəliyinə söykənib dayandı. Polis ona çatıb, qışqırdı. - Ə, sənə nə qədər demək olar ki, burada dilənmə! Rədd ol burdan! Kişiyə yazığım gəldi. Polis olmasaydı ona sədəqə verərdim, düşündüm. Üzümü polisə tutub; -Yazıqdır, niyə qovursunuz, bir qıçı da yoxdur, bəlkə çörək puluna ehtiyacı var?! -Xanım, siz yarımca saat onu güdün, onun necə yazıq olduğunu görəcəksiniz. O, az müddətə bir papaq xırda pul toplayır. Haqqında polis məlumat toplayıb ki, Badamdarda villada yaşayır. Kimə yazığınız gəlir?! Siz piyada gedib-gəlirsiniz, onu isə hər gün “LEXUS” markalı maşın sürən oğlu aparıb, gətirir. Ögey ana Mənə “ögey ana” dedilər. Mən ögey anayammış. İlahi, görəsən, məni başa düşən varmı? Yəqin ki, var, mənim kimilər. Məyusluq Məni məyus etdin, Qoca. Görürsən, əsəbimdən sənə salam belə verə bilmirəm. Sənin haqqında eşitdiklərim məni narahat və məyus edir. Doğrudanmı, bu belə olub...Deyilənlər doğrudurmu? Guya sən əzazil adam olubsan, guya sən yaxşılıq etməyi bacarmırsan və daha nələr...nələr... İnana bilmirəm, Qoca. Daha doğrusu inanmaq istəmirəm eşitdiklərimə. Yox, sən belə deyilsən, düzdürmü?! Danış, de, ki, haqqımda deyilənlər düz deyil! - Danış, susma Qoca. Tarix; Zamanı unutdum. Daha doğrusu unutmaq istədiyim zaman. Qusar Qusar! Gözəl və təkrarsız təbiətə malik olan bu bölgəyə müəllim kollektivi ilə getdim. Yaddaqalan bir gün yaşadım. Bu səfərdə tanıdığım bir simaya daha yaxından bələd oldum. Tanıdığım - təəssüf! demə, tanımadığım kəs... Qnoka -Bu, heyvan qatırdı? -Yox, səhviniz var, atdı. - Necə yəni, üzünü görmürsən, bəyəm?! -Görürəm. Məhz buna görə də sözümü təsdiqləyirəm.Mübahisəni kəsmək üçün Nazənin müəllimə ilə birlikdə atın sahibinə yaxınlaşdıq. Ay oğlan, bu atdır, ya qatır? Oğlan cavab verir: - At. Adı nədi? -Qnoka. -Bəs sənin adın nədi? -Ziyadxan. Ziyadxan...vaxtsız dünyasını dəyişən doğmalarımdan biri. Kaş ki, oğlanın adını soruşmayaydım. “Nissan Juke” Çoxdan idi ki, “Nissan Juke” markalı minik maşınının xəyalı gəzirdi başımda. Və bu gün nəhayət ki, sükan arxasında əyləşdim. Yox, yox, düz anlatmadım.“Juke” adlı minik avtomobili almamışam. Sadəcə satan adamdan bir dəqiqəlik sürməyi xahiş etmişəm. Mənə güldünüz deyilmi?! Siz gülməyinizdə olun, mən də qurdumu öldürməkdə. Nağıl dünyam Mənə elə gəldi ki, dünən və bu günüm hədər oldu. Şənbə və bazar günlərində nağıl kitabımın davamını yazacaqdım. Təəssüf ki, olmadı. Əslində yaşadığım dünyam-reallıqda bir nağıldır! Nağıl kitablarında oxunur; biri vardı, biri yoxdu... Mənim dünyamda isə çox şey yox idi, yalnız və yalnız düşüncələrim vardı...Dünyamı dəyişəndən sonra isə nəvələrim deyəcək; -Biri vardı... biri yoxdu... bir nənəmiz vardı... Bağışla Salam, Qoca. Boynuma alıram ki, sənə könülsüz salam verirəm. Bağışla. Ah, Qoca, haqqında deyilənlərin yalan olduğunu isbat edə bilsən... Lənət şeytana Qoca, içkili qadın cavan oğlana yaxınlaşdı. -Siqaretin var? -Var, -deyə oğlan cavab verdi. -Birini ver. Oğlan siqaret çıxardıb, qadına uzatdı. Qadın siqareti damağına qoyub; -Qardaş oğlu, yandır, dedi. Oğlan tez-tələsik cibindən alışqanı çıxarıb, qadının damağına sarı uzatdı. Qadın sinədolusu nəfəs aldı və püf..f...f... edərək tüstünü oğlanın üzünə buraxdı. Oğlan öskürdü. Qadın sağ ol, demədən uzaqlaşdı. Oğlan sərxoş qadının arxasınca mat-məəttəl baxaraq; -Allahu Əkbər! Bu nə iş idi? Bu müqəddəs Ramazan bayramında kişilər dilinə araq almırlar, o ki, qala qadınlar ola. Oğlan; - Şeytan qızı, şeytan. Lənət şeytana! deyib, uzaqlaşan qadının dalınca deyindi. Düşüncə -Məni niyə öpdün? Gəlib yanında dayananda elə zənn etdin ki; məni öp, demək istədim düşüncələrimdə? -Yox, bilirəm bunu demək istəmədin. Gəlib yanımda dayananda və mənimlə birlikdə güzgüyə baxanda yəqin ki, fikirləşdin; görəsən, sənə yaraşıram ya, yox? -Hm..m.. Bu sualı illər öncə düşünməliydim. Bunu düşünmək mənim üçün gec deyilmi?! İndi isə yalnız yaraşmalıyam! Mərhum Tələsmə, maşınlasan. Ehtiyatlı ol. Onsuz da o keçinib, çatmayacaqsan. Allah rəhmət eyləsin. Budur, susub və bir daha da danışmayacaq. Üzərinə sərilmiş mələfəni qaldırdım-nəşin yanımızda, bəs ruhun hara uçdu, mərhum?! Əbədi mənzil Tabutun ləngər gedir. Amma özün deyəsən, əbədi mənzilə tələsirsən? Bir göz qırpımında uzaqlaşdın çiyinlərdə, qohum-əqrabadan. Gedirsən...hara? Kitab -Alo, eşidirəm. -Salam xanım. -Salam. - Sizin “Ağ ayaqqabı” adlı kitabınız çapdan çıxdı. -Sevinirəm. Lakin sevincimi bu an bir kimsəylə bölüşə bilmirəm. Çünki, ətrafımdakı insanların üzündə dərin kədər, evdə isə son mənzilinə hazırlaşan mərhum var. Bakının küçələri Səfilə dönmüsən. Bütün park və xiyabanları dolaşırsan. Qoca adamsan, get evinə dincəl. Özün demişkən; gəzirsən Bakının küçələrini. Ruhuna salavat Salam, ata. Mən gəldim. Çoxdan idi ki, səni ziyarət etmək istəyirdim. -Ramazan bayramın mübarək!- ata. Susursan. Səsini eşitmək mümkün deyil. Olsun, eybi yox. Amma mən danışacağam. -Hə, ata, şəkildən baxdığın gözlərində dinclik görürəm. Allaha şükür. Burada kim isə olub. Qəbrin üzərində düyü və şirniyyat var. Səninlə məndən əvvəl kim bayramlaşıb ata? Bəs çərçivəyə salınmış ərazinə kim od vurub belə? Qəbrinin ətrafını kim isə - hansı övladınsa təmizləmək istəyib yəqin, belə üsulla. Bu xoşuma gəlmədi-ata. Nə isə... Dualar səninlə olsun,- ata! Ruhun şad olsun! Ruhuna salavat; Allahun Məsəlli əla Muhəmmədin və ali Muhəmməd! Qəbirdən gələn səs Qulaq as, qəbirlərdən səs gəlir. Qulağımı atamın qəbrinə söykədim. Sonra yan tərəfə qulaq asdım. -Hanı, eşitmirəm. -Qarşı tərəfə qulaq ver. Bu nə səsdir, deyəsən, uğultudur. Hə, elə onu deyirəm. Bütün qəbirlərə qulaq assan bu səsləri eşidərsən. Yəqin sonsuzluğun səsi belə olur, qardaş. Oruc Orucluğun son günündə balaca qızcığazı anası çağırır: - Tomka, gəl çörək ye. -Mən orucam!- deyə beş yaşlı qız hər gün nənəsindən eşitdiyi sözü təkrarlayır. Hamı gülür. Bəlkə də gülməli deyil, bu, sevindirici haldır. Çünki, bu balaca qızcığaz müsəlmançılığın qaydaqanununu öyrənir. Özünə fikir ver Bəli, qoca eşidirəm. Hə, düzdür çoxdandır səndən xəbər tutmuram. Yaxşı de, görüm, bu nə üst-başdır? Özünə fikir ver, Qoca. Körpə Təzə körpə dünyaya gəldi. Necə də sevincliyəm, İlahi. Ata-anasının adı Duyğu olan körpə. Bu körpə “Ağ ayaqqabı” adlı şeir kitabımdır. Hə, onu da qeyd edim ki, bu körpəni ovuclarım içərisinə qoyan Xəyal Rzaya təşəkkür edirəm, çəkdiyi zəhmətə görə. O an sevincimi məhz bu insanla böldüm. Düzdür, Xəyal müəllim sevincimin şahidi oldu, nə yaxşı ki, bu yolda çəkdiyim iztirabların şahidi olmadı. İttiham Hə, bu mənəm. Dediyin o xoşagəlməz hadisəni...Hm...m...bəli, qismən də olsa yaşadım. Dəfələrlə təkrarladığın, mənə çatdırdığın sözün üstünə dönə-dönə gəlməklə məni təhqir etmək fikrindəsiniz, bilirəm. Təbrik edirəm, bunu bacardınız. Üzdə göstərməsəm də, daxilimdə necə pərt olduğumu Allahım bildi, amma sən yox. Lakin Allahım onu da bildi ki, işləmədiyim günahları və ittihamları üzümə vurmaqla olan-olmaz günahlarımı və babalımı da götürdün boynuna. Şikayət Nədi Qoca, məndən mənə niyə şikayət edirsən axı, özü də salamsız-kəlamsız? Bulud kimi dolmağına bax, dayan görək, sən Allah. Uşaq kimi ağlayacaqsan elə bil bu dəqiqə. Cəmi-cümlətanı sənə bir həftə salam verməmişəm. Sabahın xeyir Sabahın xeyir, dünya, sabahın xeyir Bakı, sabahın xeyir, evim-eşiyim, sabahın xeyir can yoldaşım! Vaxt: səhərin alatoranlığı Əhli-qüburlara salam Bu gün əhli-qüburlara salam verməyə gedəcəyəm. Amma onlara sabahın xeyir deyil, Əssalamun əleyküm ey əhli-qüburlar, deməliyəm. Ağ ayaqqabı 28.07.2015 tarixində “Ağ ayaqqabı” adlı kitabımın imza günü keçirildi. Sevincliyəm. Mən sevən və məni sevənlərin ətrafındayam. İlahi, bu mənim körpəmdir - yeni doğulan körpəm. Baxmayaraq ki, adı Ayaqqabıdır. İmza günü Bu da təqdimatın sonu. Hamı çəkilib getdi. Sağ olsunlar, bu isti yay günündə böyük əziyyət çəkib, gələnlər. Hə, budur, bir mən qaldım “Kitabevim”də, bir də kitab evinin əməkdaşları. Oturub qalmışam kitabxanada. Ürəyim təntiyir. Budur, mənə hədiyyə də gətiriblər. Aç bax. Onsuz da bilirəm - enerji içkisidir. Aç, iç. Yox, bu maye mənim ürəyimin yanğısını söndürmür. Bu kreslo mənim yükümü nə qədər çəkəcək bəyəm?! Qalx get, Ulu Şirvanlı! Özünü təbrik et və get. Xəzan düşüncələr Boşluq Sevincim əriyib, gedib. Darıxıram. Hara isə getmək istəyirəm. Amma hara və niyə? Bilmirəm. İçimdə boşluq var. Boşluğu doldurmağa təbiətin göz seyrinə çıxım barı. Sən də Salam, Qoca! Məni tanıyanların və sevənlərin hamısı təqdimata gəlmişdi. Amma sən yox. Mən sənin də gəlməyini arzulayırdım. Gəlib bir kənarda əyləşərdin barı. Eh, Qoca...Qoca... Hardasan, Qoca -Alo. -Bəli. -Hardasan? -Eh, baş alıb getmək istəyirəm dənizin kənarına. -Yox, yox, lazım deyil. Gəl bura. -Yox gəlməyəcəyəm. Darıxıram. Dost çağırışına getmədim. Bəs hara gedim, görəsən? Hardasan, Qoca? Səninlə dərdləşmək, içimdəki boşluğu doldurmaq istəyirəm. Ölmə, Qoca! Məgər sənə deməmişəm səliqəli geyin. Qocalığı bəhanə etmə. Qəbul etmirəm. ...Qocalıqdan az danış! Ölməkdən əsla! Belə sözlər danışıb məni qorxutma, xahiş edirəm. Qorxuram, səni itirməkdən. -Ölmə ha, Qoca! Sənsiz Özümü necə də kimsəsiz, yalqız hiss edirəm. Həyat bu an mənim üçün darıxdırıcıdır. Özümü boşluqda hiss edirəm. Yeknəsək və darıxdırıcıdır ətrafım. Hm...m...m...yəni... Sənsiz... Qəbiristanlığa səyahət (silsiləsindən bir parça) Maşın özünü Yasamal qəbiristanlığının qarşısına atır. Və sonra da özünü iki maşının arasına dürtür. Üzünü qəbiristanlığa tutub, son nəfəsini verirmiş kimi xırıldayıb, dayanır. Elə bil son mənzili bu qəbiristanlıq olacaq. ...Və qapısı açılır. Sükan arxasından sahibə düşür. Qadın qəbiristanlığa sarı gedir. Tələsir. Molla da arxasınca yüyürür. Qadın mollaya əhəmiyyət vermir, ürəyində: -Əl çək, yalançı, yaramaz, deyir. Guya molladıadını molla qoyub. Salavat Qəbiristanlıq əhli-qüburlarına salavat! Allahunməssəlli əla Muhəmmədin və ali Muhəmməd! Salam ölülər! Əssalamunəleyküm ey əhli-qüburlar! Nəhayət ki, görüşünüzə gələ bildim. Kimsən? Qadın bir əlində kağız-qələm, digər əlində mobil telefon qəbiristanlığa girdi. Bir neçə qəbir adlayıb, qəbiristanlığın dərinliyinə sarı addımladı. Qarşısına çıxan taxta oturacaqda əyləşdi. Üzbəüzdəki qəbrə diqqətlə baxdı. Çoxdan salınmış qəbir idi. Təxminən otuz il bundan əvvəlki tarixə təsadüf edilirdi. Başdaşı üçün düzəldilmiş oval şəkil qopub yerə düşmüşdü. Kim isə şəkili qaldırıb sinə daşına söykəyib. Qadın diqqətlə şəkilə baxdı. İlahi, bu ki, qızcığazdır. Qızın şəkildəki gözlərindən məsumluq yağırdı. Qadın pıçıldadı: -Ey mərhum, qızcığaz, təəssüf! döşəməyə taqqıldatdı. -Hə, düz tapmışam, aşağıda boşluq var-deyə düşündü. Qəribədir, bu dünyanın boşluğudur, yoxsa qəbrin? Vals Bəs bu qəbirlərin arasından necə keçəcəyəm? - düşündü, qadın. Qarşıdakı hasarı aşmalıydı. -Hm. Bağışla, mərhum, üstündən adlayacağam. Qəbrə yaxınlaşdı. Başdaşındakı şəkilə baxdı. - Ey qadın, sən ki, azərbaycanlıya bənzəmirsən şəkildə. İcazə ver adlayım buradan. Qadın qəbrin üstündən aşmaq istəyirdi ki... Yazı qadını cazibə qüvvəsi kimi geri dartdı. Bu nədi belə sinədaşının üzərində? Yox. Qurumuş qərənfilləri demirəm, Yox, şam ağacından qəbr üstünə tökülən iynə yarpaqları da demirəm. Bax, bu yazıları deyirəm. Notdu, deyəsən?! -Hə, tamamilə doğrudur. Notlardı. Qadın sinədaşı üstünə əyildi. Qəbrin üstünün quru ot və tozunu silib, təmizlədi. Svetlana Mirzəyeva! Romantik vals Alleqretto Qraciozo Geri dön Daha hasarı aşmaq lazım olmadı. Daha doğrusu ayaqları getmədi qadının. -Geri dönmək lazımdır. Bu qəbri tanıyandan və məhrumun sinədaşındakı yazıları görəndən sonra heç bir mərhuma salam verə bilməyəcəyəm, hər halda... Əhli-qüburları bu qədər ziyarət etmək bu günlük kifayətdir. Onsuz da gedə bilməyəcəksən. Geri dön, qadın! Əməkdar incəsənət xadimi Maşın sürətlə şosse yolunda maşınların arasından şütüyüb keçdi. Qadın tələsirdi. Sanki qovan vardı. Maşın köhnə darvaza ağzına çatıb uladı. Təkərlər torpağa dirənib yerə mıxlandı. Qadın ürəyində fikirləşdi; -Maşını bu günə niyə qoyursan? -düşündüyü fikrindən yarımçıq digər fikrə keçdi; -Görəsən, qəbirdə uyuyan qadın kimdir? Tez-tələsik evə keçdi. Kompüter cihazını qoşdu. Axtarış etdi- Svetlana Mirzəyeva. Şəkili ekrana gəldi; - Jurnalist xanım?! “Şöhrət ordeni kavaleri”, “Fəxri mədəniyyət işçisi”, “Zərdabi”, “Məhsəti”, “Qızıl qələm” premiyalarının laureatı, “Cəbhə artist briqadalarının ordu üçün maddi yardımın təşkilatçısı”. - Hm...m...demək belə...Ruhun şad olsun, yaradıcı insan! Boşluq İlahi, qəbiristanlıqda qurulan cəh-cəlala bax. Ey mərhum, bu dəm-dəstgah nəyinə gərəkdir?! Hətta qəbrin sağ və sol tərəflərində ağ daşdan döşəmə də salınıb. Qadın başdaşına yaxınlaşdı. O, addımını atdıqca ayağı altından çıxan səslərdən torpaq altındakı boşluğu Bu dünyanın adamları Yaz, yarat, çalış, vuruş ey dünyanın adamı! Bəs sonra... Sonra isə boşluq! Hansı boşluq?Dolu sandığımız boş dünya. Ey bu dünyanın adamları, özünüzü yormayın, əbəs yerə. Qamət Salam, Qoca. Niyə əyri gəzirsən? Sənə belini dik tut, demişdim. Dik gəz Qoca, dik gəz. Zamana meydan oxu və dik tut qamətini! Gecikmiş təşəkkür -Qoy zəng edim, təşəkkür üçün. Yox, dayan hələ tezdir, bəlkə də yuxudan oyanmayıb. Neynim, sonra yenə də yadımdan çıxacaq. Zəng...yuxulu səs... - Eldost Bayram, bağışla sənə təşəkkür etməyə gecikmişəm. Kaş ki Bu sözləri səni tanıyanda deyə bilməzdim. İndi isə qətiyyətlə deyirəm: -Xoş gəldin dünyama, Qoca! Yaxşı ki, səni tanıdım. Bəzən düşünürüəm; - Kaş ki, səni əzəldən tanıyaydım! Vaxt; gecikmiş zamanla ölçülsün. Arzu Arzular bitməz... Arzular qanadlı quşdur, uçar! Arzular yaşam tərzimizdir! Bir arzuma da belə yetdim. -Nəhayət ki, “Nissan Juke” markalı maşını aldım. Şükürlər olsun Allahıma. Sağ olun, dostlar! Bağlı qalan telefonumu açanda “whatsApp”la otuz yeddi təbrik aldım. Məni təbrik edən dostlar, sizə təşəkkür edirəm. Mən sevən və məni sevənlər, nə yaxşı ki varsınız! Sağ olun dostlar! Zərif düşüncələr Soruşum... Qışqırma! Onsuz da quşlar səsindən qorxmurlar. Səni heç veclərinə də almadılar. Gör kələm ləçəklərini necə iştahla yeyirlər. -Bu nə quşdur belə, sığırçınların arasında? Bəlkə şanapipik? Tükləri boz və sarı... -Yox, sarıköynək deyil, bülbül də deyil. Qoy kənd sakinlərindən soruşum... Ay, səni, çaydaçapan! Əsrarəngiz görüntü Bağ evim. Daş məhəccərə söykənib ətrafın gözəlliyinin şəklini gözlərimlə çəkirəm. Dağ başından əsrarəngiz təbiəti seyr etmək necə də gözəldir. Göz işlədikcə uzanan Böyük Qafqaz sıra dağları. Göylərlə yerin birləşdiyi, öpüşdüyü fəza. Dağların ətəklərindən görsənən kəndlər. Ah, necə də gözəldirlər! Evimdən görsənən Rəsədxana, göy cisimlərini müşahidə və tədqiq edən məkan. Yaxınlıqdakı göldə balıq tutan insanlar... Dağ döşündə qalın meşələr... Görsənən təpələrdə sürülərin yaylıma çıxması... Eh, bağışla, ana təbiət, gözəlliyini layiqincə vəsf edə bilmədim. Bağışlayın, quşlar Ah, necə gözəldirlər! Özü də çoxdurlar. Su quyusunun üstündəki salxım söyüdlərə qonan quşlar, yerinizdə olmaq istədim. Fəzanın ənginliklərinə uçmaq istədim... Stolun üstündən bir şəkər parçası götürüb quşlara sarı atdım. Hürküb uçdular. Həyəcanla cikkildəşdilər. -Bağışlayın quşlar, uçmağınıza tamaşa etmək istədim. Kəpənəklər Ah, ömrü az kəpənəklər! Necə də əlvan, rəngarəngsiniz. Çiçəklər üzərində gözəlliyi artıran kəpənəklər! Necə də çəkicisiniz! Bəs yağış yağanda harada daldalanırsınız? Bunu heç düşünməmişəm. Qanadlarınızda əlvan rənglər var, gözəl və cazibəlisiniz! Ay, ömrü az kəpənəklər, deyirəm, görəsən. Çiçəklərin üzərinə qonanda siz xoşbəxt olursunuz, ya çiçəklər? Məncə çiçəkləri xoşbəxt edən sizsiniz. Çürük dünya Sənin dünyan çürükdü. Bir gün məhvərindən qopacaq. Uçacaq başına. Elə özün də çürüksən! Bu sözlər üçün məni qınayanlar olacaq. Qoy olsun! Yazdıqlarımı anlamaq üçün çürük insanın çürük dünyasını görmək kifayətdir. Təşəkkür -Deyirsən, yaxşı ki, varsan. Nə yaxşı ki, mənə qarşı hisslərin var. Eşqinin gücü adamı dəli edər. Bu sevgi üçün təşəkkür edirəm... - Dediyin sözlər yaralı qəlbimi ovutmur, hansı təşəkkür? Kinayə ilə dediyin...?! Dəli olmağa gəldikdə isə fikirləş dəli olduğunun vaxtını. Mən səni belə tanımışam. Bəhanə Mənmi? Mənmi bəhanə gəzirdim?! Haqsız olma! Mən necə də o günü gözləyirdim... Bəs sən?... özünü bəlkə də ağıllı sayırsan?! Mən isə bilə-bilə axmaq olmaq istəmirəm. Qurtardı Yazma, yazma xahiş edirəm. Yorğunam. Dincəlmək istəyirəm. Yazma, ay adam. Bütün baş verən hadisələrdən sonra...-Salam, deyirsən?! Məgər arada heç nə baş verməyib? Hələ bir kefimi də soruşursan? “Mənə toy tutduğun” yadından çıxıb?! -Hmm...m...Toy qurtarıb. Hansı havaya oynayırsan? Qəbiristanlığa səyahət (silsiləsindən bir parça) Qadın Svetlana Mirzəyevanın qəbrini ziyarət etmək istəyirdi. Qəbiristanlığın dar qapısından içəri adladı. Fikirləşdi: -Görəsən, düz gedirəm? Hə, düz gedirəm. O gün bu gümbəzin yanından ötüb keçdim. Deyəsən, çox keçdim. Mərhumların başdaşına baxdı. Bu deyil, bu da deyil. Qadın: - Qayıt geri, bax, görsənən o ağaca tərəf get. Aha, buradadır. -Salam mərhum. Xoş gördük. Səni görmək arzusunda oldum. Qadın gətirdiyi suyu qəbrin üstünə tökdü. Ona elə gəldi ki, mərhumun şəkli gülümsədi. Ürəyində - Qəribədir, məni sənin ziyarətinə çəkib gətirən hansı qüvvədir,-düşünsə də, dilində; Səni hər zaman ziyarət edəcəyəm, Svetlana Mirzəyeva!-dedi və asta addımlarla günbatana sarı addımladı. Ölülər danışa bilməz Əsəbiyəm sənə! Mənə zəng etmə! İstəmirəm. Səni diri-diri basdırmışam. Soruşa bilərsən ki, harada? -Ürəyimdə? Yox. Düşüncələrimdə?- yenə də yox. -Hər gün yeridikcə addımladığım ayağım altındakı torpaqlarda. Zərrəciklərə bölünmüsən artıq. İstəsəm də səni əvvəlki halına qaytara bilməyəcəyəm. -Heç istəməyəcəyəm də. Mənə zəng etmə. Ölülər danışa bilməz. Hardasan, Qoca? Səsin-səmirin gəlmir. Telefonun da susub. Allah eləməmiş başına bir iş-zad (qadın qulaqlarını çəkir) gəlib eləmiş olar. Səni itirməkdən qorxuram. Sən mənə artıq doğmalaşmısan, Qoca. Gəzdiyin məkanları aradım. Yoxsan...yoxsan...Hardasan, Qoca? Savab Salam Allahın salamıdır,-deyirsən. Bəli düz deyirsən. Və mənim də sənə salam verməyimi istəyirsən. Sənə salam verməkdə nə fayda?! Sən ki, salamın qədriniqiymətini bilmirsən. Sənə verdiyim salamı qəbiristanlıqda uyuyan əhliqüburlara versəm, Allaha daha xoş gedər və mən də savab qazanmış olaram. Şükürlər olsun Sənə çox şükürlər olsun, Tanrım! Məni mən etdiyin üçün. Məni sevdiyin üçün. Kimsən, ay adam? -Kimsən ay adam? Susursan. -Hm..m...Sən kimsə deyilsən. Düzdür atan, anan və doğmaların var. Hə, bir də adın var. Bəndə qoyan adın. Lakin böyük Tanrın olmasa nə adın, nə də varlığın ola bilməz. -Kimsən, ay adam? Susma, danış. -Allah bəndəsi. Bəli, cavab xoşuma gəldi. Allahına da qurban olum, yaratdığı bəndəsinə də. Arada -Sildim. Soruş nəyi? Sənlə bağlı bütün düşüncələrimi. Səni ürəyimdən, yaddaşımdan sildim və yüngülləşdim. -Düzdür, arada yada düşürsən...arada ...Bilirsən də arada yada düşmək nədi?! Yəni az müddətdə düşüncəmdən tamamilə yox olcaqsan! Bəxt və uğur qapısı Narahatsan? Belə yaxşıdır! Deməli məsuliyyətlisən. Narahat olmağa dəyər - sabah 105 FM radiosunda səsyazmaya gedəcəksən axı?! Özü də bu məsuliyyəti ikiqat daşımalısan. Çünki, şirvanlıları təmsil edəcək, Şirvan aşıqlarından bəhs edəcəksən, dinləyicilərə. Allah köməkçin olsun, Ulu Şirvanlı. Bəxt və uğur qapıları üzünə açıq olsun! Amin! Dağılmış düşüncələr Şairə düşünür... Getmək istəyirəm...yarımçıq işlərimi yoluna qoysaydım, ayrılardım şəhərdən. Sakitlik arzusundayam. Dağılmış düşüncələrimi toplamaq istəyirəm sakit bir məkanda. Düşüncələr demişkən, sabah Azərbaycanradiosunda “Düşüncələr” verlişinin qonağı olacağam, inşallah. Hə, onu deyirdim axı. “Düşüncələrim dağılıb”,toplamaq istəyirəm. Bir fikri isə salıb itirmək istəyirəm. - Bu sənsən! Səni düşünmək istəmirəm! Bax belə Əcəb ha...zəng eyləmisən. Pakizə, əla pakizə. Mən sənin nəyinə gərəyəm axı?! Yox, yox, fikrimi düz ifadə edə bilmədim. Sən mənim nəyimə gərəksən axı? Hə, bax belə, indi düz oldu! Sədəqə Dilənçi qız ləhcəylə; - Ay xanım, sən Allah bir sədəqə ver, deyə- qadına yaxınlaşdı. Çıx get. Elə bu dəqiqə sədəqə verdim başqasına. -Mənə də ver. -Çıx get. Dilənçi səsini yüksəltdi: - Sən yaxşı iş “tutmersən”. Yol “gedersən”, özü də maşınla ha. Sədəqə ver, get. -Allahu Əkbər! - Allahın adını “çəkersən”, amma Allah yolunda pul vermirsən. Bax ha, yola “çıxersən”. Qadın mat-məəttəl qaldı. Ay qız, sədəqə istəyirsən, ya məni hədələyirsən. Dilənçi qız əsəbi; -“Gedersən” get, o yol o da sən, özün bilərsən, “vermersən vermə”. Məndən deməkdir! Qadın dilənçi qıza iyirmi qəpik uzadıb; -Dilənəndə yalvararlar, hədə-qorxu gəlməzlər-dedi. Pula baxan qız: -Bu boyda maşın “sürer”, verdiyi pula bax. Hələ bir yalvar da deyir. Ağa -Mənə ağa deyirsən? Ağa olanın sözü keçər. -Hm...m... deməli, ağa olmaq istəyirsən?! Ağa olmaq üçün böyüklük etmək gərəkdir. Böyüklük etmək üçün isə böyük ürək lazımdır. Bəs sənin necə, ürəyin böyükdür? Hələ bir gör, sənin ürəyin var, çırpınırmı? - Ürəksiz cin-şeytan olar. -Sənin onlardan fərqin nədir? Azərbaycan radiosu Azərbaycan radiosunun Səhər Musiqili verilişləri və Xalq Yaradıcılığı redaksiyalarının səsyazma studiyası. “Yay düşüncələri” və “Şirvan şikəstəsi” adlı verilişləri. Verilişin qonağı şairə-publisit Mətanət Ulu Şirvanlı. - Uğur qapıları üzünə açıq olsun, Ulu Şirvanlı! Nədi, Qoca Nədi... nədi, Qoca. İlahi, özümü ələ ala bilmirəm. Sən başımın bəlasımısan?! Vurnuxma buralarda, Qoca. Əl-ayağıma dolaşırsan. - Sənsiz mənə çətindir - deyirsən. Neynim. Qoca, işimi-gücümü buraxıb evinə köçüm? Of..of...yaxşı, gəl otur bu skamyada. Hə, indi danış görüm necəsən? İncitmə Qocanı niyə qınayırsan, qadın? Sən özün də ona öyrəşməmisənmi?! Bir-neçə gün görməyəndə onu, nəyinsə itmiş kimi vurnuxursan. -Niyə bağırırsan bu, yazıq Qocaya?! - Lap uşaq kimidi, biçarə. Nə istəyir ki, səndən...yemək istəmir, su istəmir. Sənlə yalnız həmsöhbət olmaq istəyir. İncitmə Qocanı, qadın! Muzeyə və ya dəniz kənarına? Budur, yol ayrılır. Hara gedəcəyinə qərar verməlisən. Dəniz kənarı və ya muzey? Yorğunam. Bəlkə dəniz kənarına gedib, dincəlim? -Qərar ver. Fikirləşir qadın... Qadın yolun sağ istiqamətinə, Niyazi küçəsinə dönür. Deməli, Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinə. Muzeyin kassasında əyləşən cavan qız biletin beş manata olduğunu bildirdi. Qadın təəssüf etdi... -Yox, bu dəfə muzeyi səyahət edə bilməyəcəyəm, - dedi. Qız onu anladı. Sizə tələbə bileti verimmi? Qadın sevinclə; - Oy, nə yaxşı olar. Bilet satan qız gülümsəyərək; - Buyurun biletinizi, götürün. Yorğun görünürsünüz xanım, - dedi. Muzeyə səyahət Gözəldir! Bir-birindən dəyərli sənət əsərləri. Çox gözəldir!-deyən qadın tələsmədən Avropa rəssamlarının rəsmlərinə tamaşa edirdi. Rəssam Lemoxun “Kəndli uşaqları” adlı əsər- necə də maraqlıdır. Sonra rəssam Alton Ednardonun “Qadın” portretinə yaxınlaşdı. Şəkildə cazibədarlıq hökm sürür. Rəsmlər insanı düşüncələrin qoynunda ləpələndirir. İlahi, kimdən iki göz də borc alım “Kazbekdə sübh çağı” tablosuna baxmaq üçün? Bəs imza kimindir? Əhsən Zankovski! Qadının qəlbindən qorxulu fikir keçir; Rəssam sevgilim olsaydı, mənim də portretimi yaradardı, yəqin ki?! Qadın ağlından keçən fikirdən utandı. Görəsən, ucadan demədim ki, fikrimi? Sağ-soluna boylanır. Bələdçi uzaqdaydı. Sırğa Budur, o, muzeyin bütün eksponatları ilə bir-bir tanış olur. Bu da qədim Azərbaycan zalı. Milli paltar nümayiş etdirən qadın modelinin qulağındakı köhnə modelli sırğa onu maqnit qüvvəsi kimi özünə sarı çəkdi. Milli paltara baxmaq həvəsi itdi, sərgilənən milli incilər yaddan çıxdı. -Nə gözəl sırğalardır!-dedi. Eh, qadın ki, qadın... Ekspozisiya Qadın “Qədim Azərbaycan” zalında nümayiş olunan ekspozisiyalara yaxınlaşdı. Burada sərgilənən qədim məişət əşyalarının antikliyi göz oxşayırdı. Eksponatlar arasında böyük kasaları görən qadın özündən ixtiyarsız; -Acmışam-dedi. Bu sözə nəinki özü, hətta bələdçi də gülümsədi. O, doğrudan da ac idi. Bunu isə muzeydəki kasaları görüncə anlamışdı. Adam Maşının işıqları gecənin köksünü yardı. Kədərin, üzüntünün içərisində o, qonağını yola salırdı. Onun sevdiyi və onu sevən kəsi. Və bir də həmişəlik itirmək istədiyi adamı. Maşın məlum məkana çatıb, uğuldayıb dayandı. -Düş və geri baxmadan get, fikirləşdi ürəyində. Adam doğrudan da geri baxmadan getdi. Kədərli düşüncələr Kədər lavası Heç vaxt indiki kimi peşmançılıq hissi yaşamamışdı. Sən ki, hər zaman qətiyyətli idin, deyə - fikirləşdi. Nə oldu sənə? Bu sevgi səni lal, kar, qətiyyətsiz və bir də, bir də boynuna al ki, mənliksiz edib. İçində böyük kədər qaytarırdı evinə. Elə bir kədər ki, içini gəmirirdi. Beynindəki düşüncələrini yıpradan, dünyasını alt-üst edən kədər. Kədər lavası beynində dolaşdı, qanında dövr etdi, iliklərinə süzdü, daha sonra bütün vücudunu ağuşuna aldı. Təsbeh Maşın döngəni buruldu. Yükü ağır idi. Bəlkə də indiyə qədər bu ağırlıqda kədər yükü daşımamışdı. Qaranlıq düşmüşdü. O isə maşının işıqlarını yandırmamışdı. Maşın üzü yoxuşa dirəndi. Və elə bu zaman nə isə maşının döşəməsinə düşdü. Səsindən təsbeh olduğunu zənn edən qadın sol əlini sükandan buraxmayaraq sağ əli ilə ayağı altını axtarmağa başladı. Təxmini düz idi. Təsbehi ayağı altından qaldırdı. Dodaqlarına yaxınlaşdırıb, öpdü və pıçıldadı; - Nədi, niyə yerində durmadın? Yoxsa kədərim səni silkələdi?! Bir qucaq kədər Dünyanın qara zülməti çökmüşdü ətrafına. Gecənin tənində ətrafın sükut və sükunəti onu darıxdırırdı. Gözlərini gecənin bətninə zilləyib baxırdı, sonsuzluğa baxılan kimi. Qarşıda görsənməyən təpə vardı. Qaranlıq qoynuna alıb gizlətmişdi təpəni. Bu an gözlərinə görsənən onun təpədən böyük dərdi idi. Qadın bir saata yaxın olardı ki, maşının içərisində oturmuşdu, donmuşdu, sanki. Elə bil vücudu yox idi. Yalnız düşünmək iqtidarındaydı. Qapıya salınan açar cingildədi. Səssizlikdə açar cingiltisi kilsə zəngini xatırlatdı. Qadın səsə əsəbləşdi. Əsəbi addımlarla çarpayısına sarı üz tutdu. Soyunmadan özü ilə gətirdiyi kədəri qucağına alaraq yatdı. Çalınmayan zəng Telefon zənginə gözlərini açdı. Yox, o, deyilmiş. Telefona cavab verib, yenidən başını yastığa dayadı. Saat aramla zamanı ölçürdü. Qalxmaq lazım idi. Əl-üzünü yudu. Əzgin idi. Dünyanın yükünü çiyinlərinə almışdı, sanki. Zəng... Telefona sarı yüyürdü. Yenə o, deyil. Bircə zəng etsəydi. Boğazımdan yapışıb məni boğan fikirlərimi deyərdim. Və bir də onu deyərdim ki… Hə, çox şey deyərdim, təkcə həmişəkindən fərqli olaraq, səni sevirəmdən başqa. At O, uzaqda görünən biçənəklikdəki dəmir atı müşahidə edirdi. At sanki darıxırdı. Qadın təkcə olmasına baxmayaraq yüksək səslə, sanki at onu eşidirmiş kimi dilləndi: -Nə olub, ay at, niyə durmadan kişnəyirsən? Nəyin dərdini çəkirsən? Bu boyda Pirqulunun dağ-yamacı səni tutmur ki, bayaqdan yer eşirsən dırnaqlarınla?! At daşlı-çınqıllı kənd yolunu keçib, dərəyə sarı çapdı. Bir neçə dəqiqədən sonra başqa bir atla təpənin üstündə göründü. Qadın pıçıldadı: -Hm...m... indi səni başa düşdüm. Dünya çırağı Getdiyi yol onu ən əziz adamına-anasına aparırdı. Yollar onu getdiyi evin astanasına kimi ötürdü. Yarıaçıq qapıdan içəri keçdi. Anası otağın ortasında gedəcəyi yerin səmtini tutmağa çalışırdı. Bunu görən qadın pərişan və məyusluqla anasını səslədi: - Annəcim. Bu söz ana və bala arasındakı şifrə idi, sanki. Ana səsə döndü. Gələnin kimliyini ayırd etmək istədi. Qızı yenidən səsləndi. Ana: - Məryəm, sənsən?! - Mənəm ana, - dilləndi qadın. Niyə təksən-deyə verdiyi sualına; - Uşaqlar həyətdədir, cavabını aldı. Üç saatlıq görüşdən sonra anasının yanına aparan yollar onu geri qaytarırdı. Daxilində nigarançılıq vardı; - dünya çırağından məhrum olanım. Sən ey Günəşi solanım... Qəhər qadını boğdu. Düşüncələri dolaşdı... Göz yaşları əllərini yudu. Anasının arxasınca dediyi söz onun beynini çəkic kimi döyəcləyirdi; - Bir də nə vaxt gələcəksən? Bir sevda ölsə... Get, yat. Niyə yatmırsan, Allah yuxunu səndən alıbmı bəyəm?! Nə ağzını əyirsən, bax, sən beləsən, adamı özündən beləcə ənarlaşdırırsan. Özünü məğrur göstərirsən; zənn edirsən ki, qalibsən? Yox, belə deyil! Bəlkə buna qisas deyirsən? Əgər belədirsə, o zaman düz fikirləşmirsən! Mən belə hesab etmirəm. - Eh, bu dünya məhvərindən qopmayacaq ki, bir sevgi, bir sevda ölsə əgər. Dünyada çox sevgilər ölüb, hətta sevgililər də ölüb. Mən də bu sevdadan ölsəm, yenə heç nə dəyişməyəcək, nə də dünya batmayacaq. Ölsəm günahkarı sən lmayacaqsan. Eh, nə də sənə sevgi qəhrəmanı adı verilməyəcək. Odur ki, canfəşanlıq etmə. Musiqi qanadlarında İşləyə bilmirəm, AzTV-dən görkəmli bəstəkar Elza İbrahimova haqqında yayımlanan veriliş düşüncələrimi dağıdır. Maraqla verilişə baxdım. Bir-birindən gözəl mahnılar bəstələyən Elza xanım, Allah sizə rəhmət eləsin! Dörd qəbir -Bu yol hara gedir, orada kənd var? -Yox, orada yataq var, deyə taksi sürücüsü cavab verir. -Çoban itləri bura gəlib çıxa bilər? -Əlbəttə. Mal-qaranın örüşdən qayıdan vaxtıdır. Hara gedirsiz? Qadın uzaqdan görsənən dörd qəbri göstərir. Ora, - deyir. -Onda maşınla gedin - dedi. Uzaqdı, yorularsınız. Mənə dair qulluğunuz, sizə necə kömək edə bilərəm? -Sizə yaxşı yol-deyib, qadın sürücüdən aralandı. Qadın təpəyə çatdı. Nəfəsi daralırdı. Yoxuş onu yormuşdu. Başını qaldırdı. Təəccüblə dilləndi: -İlahi, bu nədi belə? Uzaqdan qəbir kimi görsənən, qəbrə oxşayan sən demə, daş sütunları imiş. Qadın dəli bir qəhqəhə çəkdi. Özü-özünə müraciət etdi: -Hə, xanım, “Qəbiristanlığa səyahət” yazısının növbəti sayını qələmə ala bilməyəcəksən. Heç ölülərə salavat da verməyəcəksən. -Əşi yox e. Qoy burada bir salavat çəkim. Nə bilmək olar, bəlkə də bu sütunların altında uyuyan var... Maşın Bu nə səsdi belə? Kimin isə maşını vuruldu, - deyən qadın yüyürərək özünü otelin bağçasından çölə atdı. Düz tapmışdı. Maşın vurulmuşdu. Şükür, onun maşını deyildi. Ofisiant oğlan müştərilərdən birinin maşınını divara vurmuşdu. Oğlan həyəcanla kimi isə köməyəçağırdı: - Yasin, gəl kömək eylə, maşını kənara çəkək. Yasin deyilən şəxs: -Ə, sən öl, əlimi də vurmaram. Sonra da deyələr ki, gəl cərimsini ödə. Lahıc Maşın üzünü şimal-qərbə tərəf tutmuşdu. Şamaxı ərazisini adlayıb keçdi. Ağsu yollarının gözəlliyini gördü və sonra da İsmayıllının əsrarəngiz gözəlliyi başladı yollarda. Qadın Lahıc yolunu müəyyənləşdirdi. Çaya çatıb maşını saxladı. Dəli Girdimançayın gur qolları “Sular” nəğməsini dayanmadan ifa edirdi, yolçular üçün. O, ətrafındakı insanlara laqeydcəsinə baxdı. Və daha sonra yüyürərək özünü çaya vurdu. -Oxay, nə gözəldir! – dedi. Yenidən yoluna davam etdi. Vaxtilə taxtadan olan, indi isə dəmirlə əvəz edilən asma körpünün yanında dayandı. Körpünü adladı. ...Yolu davam edirdi qadının. Bu yolu dəfələrlə getməsinə baxmayaraq hər dəfə bu bölgənin mənzərəsi onun könlünü riqqətə gətirirdi. Dünyanın ən qüdrətlirəssamı olan Tanrı öz fırçasını buralara könüllü çəkmişdi. Budur, təkrarolunmaz gözəllik! Allahın mərhəməti və qüdrəti olan məkanı! Nağıllar ölkəsi Lahıc! Nağıllar ölkəsi Yalçın və çılpaq Nial dağlarının ətəyi ilə koramal kimi qıvrılıb, uzanan yollar qadını Lahıca gətirib çıxartdı. Bu yerlərdə təbiətin bağışladığı gözəlliyə göz yumub, keçmək günahdı. Turistlərin məkanı olan Lahıcda həyat qaynayırdı. Misgərlər, dəmirçilər, zərgərlər, dulusçular, ipəkçi və nəqşçilər mallarını satışa çıxartmışdılar. Bir sözlə, bu diyar şərqin aynasıdır. Qadın nağıllar ölkəsini darıxmadan gəzdi. Əl işləri olan sənət incilərinin şəklini çəkdi gözləri ilə. Daha sonra isə ətrafdakılardan öz rəsminin çəkilməsini istədi mobil telefonla. Milli paltarların nümayişi, kəhraba muncuqların cazibədarlığı, məişət əşyalarının antikliyi Lahıcın-nağıllar ölkəsinin sehrini artırırdı. Qadın səməni halvasının ətrini hiss etdi. Bir-bir vitrinlərə baxdı səməni halvası üçün, görmədi. Yəqin, yaxınlıqda bişirirlər - deyə düşündü. Və qarşıdakı piştaxta üstə yığılan məcunlar arasında nəhayət ki, səməni halvasını gördü. Dənə ilə satılan səməni halvasından beş dənəsini aldı. Daha sonra dükandan iki tütək alıb, cənnət bağına sarı addımladı. Geri dön Maşın üzü şimal-şərqə sarı irəliləyirdi. Qadın yolları yaddaşına köçürə-köçürə dolayları aşdı. Yol kənarındakı kafelərin birində çay içmək istəyirdi. Odur ki, sakit bir yer seçdi. “Prado” markalı maşın onun əyləşdiyi stola yaxınlaşıb dayandı. Maşının sürücüsü üzü yoxuşa sarı getdi. Maşından düşən qadınlar isə səs-küylə qadına yaxınlaşdılar. Qadın düşüncələrindən ayrıldı. Əlini telefona atıb, yaxınlaşan xanımlardan birinə müraciət etdi: -Ay qız, xahiş etsəm şəklimi çəkərsinizmi? Xanımlar qadının əyləşdiyi stolda əyləşib, çay içirdilər. Bu dəvəti qadın etməmişdi. Onlar öz maraqlarına görə qadınla həmsöhbət idilər. Yolçular ayrıldı. Qadın yenidən şərqə, digərləri isə qərb istiqamətinə üz tutdular. Qadın artıq ona doğma olan Şamaxının ərazisindəydi. Nağıllar ölkəsinin düşüncələrini beynin süzgəcindən ələyirdi aramla. Zaman qadını ələyən kimi... Görünməyən qonaq O, Pirquluda yaşayan ailə dostunun evinə getmək istədi. Getdi də. Darvaza ağzında “Mersedes” markalı maşın dayanmışdı. Qaranlıq düşmüşdü. Qadın: -Yəqin qonaqları var-deyə düşündü. Maşından düşmək istəmədi. Düşüncələrini ölçüyə aldı; - düşümdüşməyim? Qərarının sonunda maşından düşdü. Yarıaçıq darvazadan içəri boylandı. İçəridə tanıdığı və tanımadığı simalar işıq altında aydınca görünürdü. Bir-neçə dəqiqə qapı ağzında dayandı. Və kimsəyə görünmədən geri döndü. ...bu evdə böyümüşəm... Darvazanı döysə də, üzünə qapı açan olmadı. Qapı içəridən bağlıdır. Deməli, evdə kimsə var... Hasardan aşmaq lazımdır. Qonşu oğlan qapını açmaq üçün hasarı aşdı. Bu da böyüdüyü, boya-başa çatdığı ev, onu qarşılayan xanım isə tərbiyə edib böyüdən insandır. O, anadır-qadının anası. Xanım sevincliydi. Qızı gəlmişdi, çoxdan görmədiyi övladı. Qonşu xanımın qadını görməyə gəlməsi və bir də qadının cib telefonunun zəngləri ananın xoşuna gəlmədi. O, oğul-qız yerinə böyütdüyü balası ilə tək qalıb dərdləşmək istəyirdi. Saat tələsirdi, qonşu isə getməyə tələsmirdi. Xatirələrin boxçasını açır-tökür, düşüncələrini əlçimləyirdarayır... danışır... arabir söhbətini yarımçıq qoyan telefon zəngindən sonra yenidən yarımçıq söhbətini davam edirdi. Ana kəsdirdiyi iki toyuqdan birini tezbazar soyutma bişirdi. Qadın yemədi. Ana and verdi. - Çörək ye, - dedi. Qaranlıq düşürdü. Qadın getməliydi. Ana isə onun getməsini istəmirdi. Lakin o, getməliydi. Qadın qonşudan üzr istəyərək ayağa qalxdı. Ana məyusluqla; -Hə, indi mən səni gördümmü? -Qadın gülümsədi; -Yox, demək olar ki, görmədin, deyə -cavab verdi. Qonşu hələ də danışırdı... Qadın yola düşdü. Ana onun dalınca yüyürüb kəsilmiş toyuğu zorla ona verdi: -Bişirdiyimi də yemədin. Bunu götür, - dedi. Qadın yol uzunu düşündü...çox məqamları yada saldı. O evdə döyülə-döyülə keçən illərini xatırladı və daha nələri xatırlamaq istəmədi. Və sonunda düşüncələrini kəsilmiş toyuğun üstündə cəmlədi. -Hə toyuq, hər kəsin bir baisi olur. Bağışla. Əcnəbilər Maşın avtovağzal istiqamətində Şamaxının mərkəzinə sarı şütüyürdü... Qadın yol kənarında vurnuxan əcnəbi kişi və qadını görən kimi maşının əyləcini basdı. Maşın uğuldayıb dayandı. Əcnəbilər yüyürüb özlərini maşına atdılar. Qadın: - Hara gedirsiniz? - sualını verdi. Yadellilər: - Спасибо... Спасибо… Прямо... Прямо.. Maşın yerindən sürətlə tərpəndi. Bu dəfə qadın rus dilində soruşdu; - Куда вы идете? Əcnəbilərin hər ikisi qadına sarı əyildi. Və geri çəkilməyərək nə isə ingilis dilində doğrayıb tökdülər. - Я русский язык знаю. Английский язык не знаю. Вы знаете по русски? Əcnəbilər yenə nə isə dedilər... qadın daxilində əsəbləşdi... - Allah, indi hara aparım bunları, - desə də, öz yoluna davam etdi. Qonaqlar aralarında nə isə ölçüb-biçirdilər. - Lənət şeytana! Nə deyir axı bunlar? Qadın əcnəbilərdən üşələndi. Daha doğrusu qorxdu. Onların niyyəti aydın deyildi. Nahaq götürdüm, rus dilini də bilmirlər, - deyə qadın düşündü. Maşın M. Ə. Sabirin ev muzeyinə çatıb dayandı. Düşün, mən buradan dönürəm, deyə yalan danışmağa məcbur oldu. Əcnəbilər: - O... o... yes, yes - deyə-deyə maşından düşdülər. Qadın tutduğu işə peşman oldu. Elə bu an gözü daş səkidə oturan cavan kişiyə sataşdı. - Burada əcnəbilər çox olur, - sualaını verdi. Və sualı niyə verdiyini özü də bilmədi. - Yox, onlar hara gedir ki,- soruşdu kişi. - Əşi nə bilim, onlar rus dilini , mən də ingilis dilini bilmirəm. Kişi: - Güman kimi Çuxuryurda gedirlər,-dedi. - Mən də elə başa düşürəm. Amma doğrusu qorxub, düşürtdüm onları maşından. Yoxsa aparmaq niyyətim var. - Mən də ora gedirəm. İstəyirsiz birlikdə gedəkdeyə kişi təklif etdi. Qadın sevindi. Qarşıda vurnuxan əcnəbiləri yenidən maşına dəvət etdi. Kişi onları rus dilində dindirdi və ingilis dilində cavab aldı. Qadın güldü. Problem bax, elə bu idi, - dedi. Yol isə biçilidi maşının təkərləriylə... Qadın: - У вас карта есть? -O...o yes.. yes - deyə çantalarından ünvan yazılan kağızı çıxartdılar. Kişi alıb baxdı. Getdik, mən deyəndi. Kirovkaya gedirlər. Qadın maşının sürətini artırmışdı ki... Əcnəbi kişi: - No, no –deyə əlini Şamaxının köhnə Kirov küçəsinə uzatdı. Kişi: - Pay atonnan, lallara döndük; - Deməli, bu küçəyə getməlisiniz? - soruşdu. Üzünü qadına tutub: - Mən düz oxumamışam ünvanı, bura Kirov küçəsidir. Ünvanda Kirovka deyil, Kirov yazılıbmış. Maşın bəzəkli darvazanın ağzına çatıb dayandı. Qonaqlar minnətdarlıqla maşından endilər. Əcnəbi kişi maşından düşüb, qadına baş əydi və beləcə təşəkkürünü izhar etdi. Lakin kişi hələ mənzilə çatmamışdı. Qadın narahat deyildi. Əgər belə olmasaydı, şübhəsiz gecəni yata bilməyəcəkdi. Qadın daxili bir rahatlıqla yoluna davam etdi. Bağışla Bağışla Qoca, neçə gündür lap yadımdan çıxmısan. Şübhəsiz ki, məndən ötrü darıxırsan. Eh, mən isə səni tamamilə yaddan çıxarmışam. Əgər bu gecə səni yuxuda görməsəydim, yəqin ki, Bakıya qayıdana kimi yada düşməyəcəkdin. Hə, bax indi məni ınamağa haqqın var! Heç Peşman deyiləm. Hər şey olduğu kimi gözəldir! Bu xoşagəlməz hadisə özü də gözəldir! Bəli, belədir! Sənin üçün ürəyim ağrımayacaq. Mənim üçün heç nə ifadə eyləmirsən. Yox, bağışla, nə isə ifadə eləyirsən. Sənin ifadən var, lakin dəyərin yoxdur. - Sən bir heçsən! Heç! Davamı: http://heqiqet.az/index.php?newsi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
