Heqiqet.Az » dunya » Hindistanda naməlum qızdırmadan ölənlərin sayı 68-ə çatıb


Hindistanda naməlum qızdırmadan ölənlərin sayı 68-ə çatıb

30-08-2021, 10:20
Çap et
Hindistanda naməlum qızdırmadan ölənlərin sayı 68-ə çatıb Hindistanın şimalındakı Uttar-Pradeş ştatında naməlum viruslu qızdırma nəticəsində son sutkada 12 uşaq ölüb.
Bugünədək regionda həmin xəstəlikdən ölənlərin sayı 68 nəfərə çatıb. Onlardan 40 nəfəri uşaqdır.
Qeyd olunur ki, yüksək rütubətliliklə əlaqədar xəstələrin sayı sürətlə artır, bəzi rayonlarda xəstəxanalarda yerlər çatışmır.
Qızdırmanın yayılmasına əsas səbəb kimi müəyyən növ ağcaqanadlar və sanitariya qaydalarına əməl olunmaması göstərilir.
Reytinq: