Heqiqet.Az » siyaset » Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin yeni bir parlaq səhifəsini yazdı


Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin yeni bir parlaq səhifəsini yazdı

8-02-2022, 13:01
Çap et
Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin yeni bir parlaq səhifəsini yazdı Bu gün tam əminliklə deyə bilərik ki, hadisələri, prosesləri dəqiq qiymətləndirmək, taleyüklü məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etmək istedadına malik Prezident İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.
İkinci Qarabağ savaşında tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başla-nan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc in¬sanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə hər gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici televiziya ka¬nallarına verdiyi müsahibələrində, hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, or¬dumuzun nailiyyətlərini dəqiqliklə vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-prezident birliyinin təmin olunduğu bir respublika kimi tanıtdı.
Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsay¬lı mülki şəxsin həlak olması ilə nəticələnirdi. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının dinc rayon və şəhərlərinin əraziləri mərmi və raket atəşinə tutulması nəticəsində 93 nəfər qətlə yeti¬rilib, 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alмış, çoxsaylı əmlaka ziyan vurulмuş, fərdi evlər, yardımçı tikililər, çoxmənzilli yaşa¬yış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılmışdır.
Qarabağın, eləcə də ətraf rayonların təbii sərvətləri işğal dövründə düşmən tərəfindən talan edilib, ekologiyaya böyük ziyan vurulub, meşələr demək olar ki, sı¬radan çıxarılıb. Bu ərazilərdə yerin təkinin istismarı qaydalarını kobud şəkildə pozan xarici ölkələrin şirkətləri tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti göstərilib. Onların qanunsuz əməlləri ilə bağlı cinayət işləri başlanılıb, həmçinin işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri aparı¬lıb.
Hazırda düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq işləri koordinasiya olunan şəraitdə, vahid mərkəzdən idarə edilərək həyata keçirilir. Bu torpaqlarda bütün layihələr ardıcıllıqla reallaş¬dırılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilər minalardan təmizlənir, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyan qiymətləndirilir, lazımi inven¬tarlaşdırma, pasportlaşdırma işləri görülür.
Ağdam təsdiqlənən Baş Plan əsasında qurulur. İndi Şuşa, Fü¬zuli, Cəbrayıl və digər şəhərlərin də baş planlar üzrə iş gedir. Ağdam şəhərində gələcəkdə iş yerlərinin yaradılma¬sı üçün Sənaye Parkının təməli qoyulub. Bu park üçün təqribən 200 hektara yaxın ərazi nəzərdə tutulub. Bərdə-Ağdam avtomobil yolunun yaxın gələcəkdə istismara veriləcəyi planlaşdırılıb. Eyni za-manda, dövlət başçımızın göstərişi ilə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulub. Ağdamda İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə artıq start verilib. Burada İş¬ğal və Zəfər muzeyləri konsepsiya¬sı da hazırlanıb. Digər obyektlərin, o cümlədən böyük meşə sahəsinin təməli qoyulub.
Bərpa-quruculuq layihələri ilə yanaşı, Azərbaycan və Ru¬siya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin ötən il noyabrın 10-da imzaladıqla¬rı birgə bəyanatın bəndlərinin icrası istiqamətində də ciddi tədbirlər görülür. Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqti¬sadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommu¬nikasiyalarının inşasının reallaş-dırılması nəzərdə tutulur.
Sonda ölkəmizin, eləcə də regionun həyatına önəmli təsiri olacaq taleyüklü bir hadisəyə də toxunmaq istərdim. Belə ki, ötən il iyun ayının 15-də Türkiyə Pre¬zidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzaladı. Bu bəyannamə tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin sar¬sılmaz olduğunu bir daha göstərdi. Eyni zamanda, bu sənəd hər iki qardaş ölkənin ümumi maraqla¬rının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də bəyannamə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən “iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi yüksək dəyərləndirildi.
Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dost¬luq və qardaşlıq münasibətlərini daha da gücləndirmək, region¬da sülhü və sabitliyi qorumaq, möhkəmləndirmək məqsədi daşıyan bir sıra önəmli vəzifələr öz ifadəsini tapıb. Həmin vəzifələr 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkan¬larını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sa¬diq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıdığından xəbər verir.
Şuşa Bəyannaməsindən bəhs edərkən, bir məqama da xüsusi toxunmaq istərdim. Vətən müharibəsindəki parlaq qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf etmiş texnolo¬giyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin yeni bir parlaq səhifəsini yazdı.
Bu sözləri ona görə deyirəm ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yar¬dım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, eyni zaman¬da, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək.
Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini par¬laq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Belə ki, həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, or¬dunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində ən müasir dö¬yüş vasitələri ilə silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Şahin Şirinzadə,
Şəki Peşə Təhsili Mərkəzinin direktoru
Reytinq: