Heqiqet.Az » dunya » Ukraynanın XİN başçısı: "Zelenski Putinlə görüşməyə bu gün də hazırdır"


Ukraynanın XİN başçısı: "Zelenski Putinlə görüşməyə bu gün də hazırdır"

18-03-2022, 07:01
Çap et
Ukraynanın XİN başçısı: "Zelenski Putinlə görüşməyə bu gün də hazırdır" “Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə bu gün də görüşməyə hazırdır. Onun mövqeyi aydın və konkretdir”.
UNİAN-a istinadən xəbər veririk ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
“Ukrayna və Rusiya nümayəndə heyətlərinin həll edə bilməyəcəyi bəzi məsələlər var. Onlar gündə 25 saat danışa, müzakirə apara bilərlər, lakin bəzi qərarları qəbul etmək onların səlahiyyətində deyil. Biz öz işimizi görməyə, yəni danışıqlarda mövqeyimizin mümkün qədər güclü olması üçün çalışmağa davam edirik. Müdafiə qüvvələrimiz də öz işini görür, Rusiyaya sanksiyalar da tətbiq olunur”, - o söyləyib.
D.Kuleba həmçinin Ukrayna və Rusiya prezidentlərinin mümkün görüşünün yeri barədə suala da cavab verib: “Bu görüşə ev sahibliyi etmək üçün namizəd ölkələr var. Deyə bilərəm ki, prezidentlərin görüşə ev sahibliyi etmək uğrunda rəqabət Olimpiya Oyunlarına ev sahibliyi etmək naminə mübarizədən daha güclüdür”.
Reytinq: