Heqiqet.Az » siyaset » Tarixdən məlumdur ki, mart qırğınlarına bolşevik-daşnak Stepan Şaumyan “dirijorluq” edib


Tarixdən məlumdur ki, mart qırğınlarına bolşevik-daşnak Stepan Şaumyan “dirijorluq” edib

30-03-2022, 16:58
Çap et
Tarixdən məlumdur ki, mart qırğınlarına bolşevik-daşnak Stepan Şaumyan “dirijorluq” edib Bu gün planet sakinləri narahatdırlar, çünki kifayət qədər problemlər var. Yenə dövlətlərarası çəkişmələr, müharibə ocaqları, ərazi iddiaları, hələ üstəgəl koronavirus kimi pandemiya bəlası. Bəşəriyyət ta qədimdən bu günədək çox haqsızlıqların, ədalətsizliklərin, konfliktlərin, müharibələrin şahidi olub.
Türk xalqları üçünsə “erməni pandemiyası” kimi daha dəhşətli bir bəla yüz illərdir ki, bizi daban-dabana izləyir. Nə yaxşı ki, ötən il 44 günlük Vətən müharibəsində nankor və mənfur qonşularımızın başı əzildi, burunları ovuldu. Dövlət başçımızın dediyi kimi, biz onları Qarabağ torpaqlarından iti qovan kimi qovduq.
Bütün bunlardan sonra ermənilər öz xain, məkrli planlarından əl çəkəcəklərmi? Açığı, buna inanmaq çox çətindir. Çünki keçmişlərə nəzər salanda, onların xalqımıza qarşı törətdikləri cinayətləri xatırlayınca, istər-istəməz bir inamsızlıq hissi bürüyür adamı…
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. Həmin illərdə xalqımızın başına gətirilən müsibətlərin miqyası o qədər böyükdür ki, dəhşətə gəlirsən: bu qəddar cəlladlıq, bu qədər qaniçənlik, türkə bu qədər qəzəb, hiddət və nifrət haradan qaynaqlanır?
Əslində, məsələnin mahiyyəti bizlərə çoxdan bəllidir və əgər 31 mart soyqırımından 103 il keçirsə, Xocalı faciəsi ki, belə demək mümkünsə, lap dünən olub. Deməli, erməni elə həmin ermənidir. Tarixdən bizə məlumdur ki, mart qırğınlarına bolşevik-daşnak Stepan Şaumyan “dirijorluq” edib.
Mən bu qeydlərimi hazırlayarkən bəzi tarixi məxəzlərə baş vurdum. Diqqət yetirin, görün həmin Şaumyan öz məmnunluğunu necə ifadə edirdi: “Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Biz ehtiyat edirdik ki, mübarizə xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayacaq. Biz, hətta erməni daşnak alayının köməyindən istifadə etməyə məcbur olduq. Biz onların köməyindən imtina edə bilməzdik. Erməni Milli Şurası müstəqil şəkildə həbslər aparır, axtarışlara yol verir, müsadirə edir və sair işlərlə məşğul olurdu… Ancaq qələbə o dərəcədə böyükdür ki, o, gerçəkliyi az qəmləndirir”.
Təsəvvür edin: cəmi üç gün ərzində Bakıda, müxtəlif məlumatlara görə, 10 mindən 17 minə qədər müsəlman öldürülüb. Lakin Bakı Sovetinin türk-müsəlman əhaliyə qarşı apardığı hərbi əməliyyatlar bununla yekunlaşmayıb. Azərbaycanlıların soyqırımı təkcə Bakı qəzasında deyil, Şamaxı, Quba və digər qəzalarda da davam etdirilib. Bu məqsədlə “beynəlmiləlçi-kommunist” Stepan Şaumyan Tatevos Əmirov, Stepan Lalayev, Hamazasp Srvantsyan, Andronik Ozayan və digər erməni qatilləri ilə əlbir olmuşdur.
Başqa bir misal: “Azərbaycan” qəzetinin 8 oktyabr 1918-ci il tarixli nömrəsində yazılırdı: “Uşaqların oğurlanması ilə məşğul olan quldur dəstənin başçısı Tatevos Əmirov sosialist (kommunist) ordusunun başında duraraq 16000 min aciz müsəlman fağırı Bakıda qırdıqdan və alçaq Styopa Lalayev daşnak (eləcə də sosialist) quldur dəstələrinə başçılıq edərək bir sıra məhəlləni müsəlman ziyalılarından, onları evlərindən çıxardıb küçədə güllələməklə təmizlədikdən sonra Şaumyan və ona bənzər “demokratiya rəhbərləri” görünür, bu təcrübəni onlara tabe olan komandirlər üçün kifayət qədər parlaq hesab etdilər və Əmirov Lalayevlə “əks-inqilabla” mübarizə aparmaq üçün seçilmiş daşnak dəstəsi ilə Şamaxıya göndərildilər”.
O dövrdə Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qarşısını almağa 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müvəffəq oldu. Cümhuriyyətçilərin Osmanlı dövləti ilə hərbi ittifaqı, Qafqaz İslam Ordusunun müvəqqəti paytaxt Gəncədən Bakıya müzəffər yürüşü daşnak-bolşevik qüvvələrinin Bakını və Şimali Azərbaycanın digər Xəzəryanı bölgələrini tam işğal etmək planlarını alt-üst etdi.
31 iyul 1918-ci ildə Bakı Soveti daxilindəki siyasi mübarizənin kəskinləşməsi şəraitində Şaumyanın başçılıq etdiyi qruplaşma hakimiyyətdən çəkilməyə məcbur oldu. belə bir zamanda ermənilər ümidlərini ingilislərə bağladılar. Bakıda “Setrokaspi Diktaturası” hökuməti yaradıldı. Bu hökumət daşnak, eser və menşevik partiyaların koalisiyası olaraq formalaşdı. Lakin onlar Bakını nəzarət altında saxlaya bilmədilər.
1918-ci il sentyabrın 15-də azərbaycanlı-osmanlı qoşunları Bakını azad etdilər.Diqqət yetirsək görərik ki, ermənilər eyni ssenarini sonrakı illərdə də xalqımıza tətbiq ediblər. Yalnız İkinci Qarabağ savaşı hiyləgər və xain qonşularımıza ibrətli dərsi verdi.

Nəsibə Hüseyinova
Ağdam rayon 33 sayll tam orta mektebinin direktoru
Reytinq: