Kamerunda göyərtəsində 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb12-05-2022, 06:28
Çap et Bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Bildirilir ki, xilasedicilər artıq sərnişinlərin axtarışına başlayıblar Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, dispetçerlər əvvəlcə təyyarə ilə radio əlaqəni itiriblər, daha sonra təyyarə Nanqa Eboko şəhəri yaxınlığındakı meşədə tapılıb. "Xilasetmə qruplarımız insanları xilas etməyin mümkün olub-olmadığını araşdırırlar" - anonim mənbə agentliyə bildirib. Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir. Təyyarə "Cameroon Oil Transportation Company S.A" tərəfindən icarəyə götürülüb. Şirkət Kamerun və qonşu Çad arasında boru kəmərinin texniki qulluğuna və təmirinə cavabdehdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
