Heqiqet.Az » sou » Azərbaycanlı müğənni: "Bu mahnını Rəqsanədən yaxşı oxumuşam" - VİDEO


Azərbaycanlı müğənni: "Bu mahnını Rəqsanədən yaxşı oxumuşam" - VİDEO

18-09-2015, 10:18
Çap et
Azərbaycanlı müğənni: "Bu mahnını Rəqsanədən yaxşı oxumuşam" - VİDEO “Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Kamil Cəfərov yaradıcılığında yenilik edib. İfaçı bildirib ki, xalq artisti Niyaməddin Musayevin repertuarından “Gülüm, harda qalmısan?” adlı mahnını oxuyub: “Niyaməddin müəllimin illər öncə ifa etdiyi mahnıya yeni nəfəs vermək qərarına gəldim. Niyaməddin bəydən sonra bu mahnını müğənni Rəqsanə İsmayılova da oxuyub. Amma köhnə aranjemanda ifa edib. Deyərdim ki, mən bu mahnını Rəqsanədən yaxşı oxumuşam. Düşünürəm ki, bu mahnı mənim repertuarımda seviləcək”.
Qeyd edək ki, mahnının sözləri Tofiq İsmayılova, musiqisi Niyaməddin Musayevə məxsusdur. Mahnının yeni aranjemanını İlkin Valehoğlu edib.

Reytinq: