Xətai Sənət Mərkəzində “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin ikinci hissəsi açıldı22-05-2022, 16:52
Çap et Sərgini giriş sözü iləXətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq,öz ürək sözlərini balaca rəssamlarla bölüşdü.Tədbirdə həmçinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xətai Yaradıcılıq Studiyasının müəllimi Gündüz Hunnar və Rəssam Zaur Mirzəyev çıxış etdilər. Sərgi iştirakçıları serifikatla təltif olundular. Əsərləri elektron kataloqda yerləşdirilmiş müəlliflərin əsərlər sərgilənir (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022 Tədbirdə ən azı 3 əsəri ilə təmsil olunan tədris mərkəzləri (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828863/tdbird-n-az-3-sri-il-tmsil-olunan-tdris-mrkzlri-tskkurnam-il-mukafatlandrlacaq təşəkkürnamə ilə mükafatlandırılacaq. Xatırladaq ki,sərgilərdən seçilmiş üç yaş qrupundan hər yaş qrupu üzrə 10 ən yaxşı əsərin müəllifi festivala dəvət olunacaq. Həmçinin sərgini Xətai Sənət Mərkəzi youtube kanalı https://www.youtube.com/watch?v=vQWCp-Fg5K0 üzərindən də izləyə bilirsiniz. Tədbirin gedişini Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook - ADRQalereya.az, instagram - @azgallery.az) həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə izləmək mümkün olacaq. Mətbuat dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı Tədbirin dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”inArtcreation brendidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
