Xətai Sənət Mərkəzində “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin birinci hissəsi açıldı19-05-2022, 14:48
Çap et Tədbiri açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Həmçinin, açılışda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Aqşin Mirfeyzullazadə,Xətai rayon İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini balaca rəssamlarla bölüşdülər. Sərgi iştirakçıları serifikatla təltif olundular. Sərgilərin davamı növbəli şəkildə 19,20,21 may tarixlərində açılacaqdır. Əsərləri elektron kataloqda yerləşdirilmiş müəlliflərin əsərlər sərgilənir (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022 Tədbirdə ən azı 3 əsəri ilə təmsil olunan tədris mərkəzləri (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828863/tdbird-n-az-3-sri-il-tmsil-olunan-tdris-mrkzlri-tskkurnam-il-mukafatlandrlacaq təşəkkürnamə ilə mükafatlandırılacaq. Xatırladaq ki,sərgilərdən seçilmiş üç yaş qrupundan hər yaş qrupu üzrə 10 ən yaxşı əsərin müəllifi festivala dəvət olunacaq. Tədbirin gedişini Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook - ADRQalereya.az, instagram - @azgallery.az) həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə izləmək mümkün olacaq. Mətbuat dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”inArtcreation brendidir. |
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
