Heqiqet.Az » dunya » Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib


Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

10-06-2022, 05:44
Çap et
Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib Türkiyə xüsusi xidmət orqanlarının Şimali İraqda həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın Türkiyə ilə həmsərhəd olan Qara bölgəsində bir qrup terrorçunu məhv edib.
Son aylarda MİT əməkdaşları Şimali İraq və Suriyada bir sıra antiterror əməliyyatları həyata keçirib.
Digərləri arasında İraqın Mahmur, Kərkük və Süleymaniyyə bölgələrində terrorçular dəstəsinə rəhbərlik edən PKK liderlərindən biri, “Ahmet Rubar” ləqəbli Mehmet Ərdoğan da məhv edilib.
Reytinq: